Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzərdə atəş səsləri və bir saat təqib:azərbaycanlı brokonyerləri necə tutdular...

 

Xəzərdə Qazaxıstanın ərazi sularına daxil olaraq qanunsuz balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlamaq üçün bu ölkənin sərhədçiləri silah işlətməli olublar. Qazaxıstan KİV-ləri xəbər verir ki, sərhəd pozucuları üç motorlu sürətli qayıqla sərhədçi gəmisindən uzaqlaşamağa çalışıb.

Yenixeber.org: Bu zaman Qazaxıstan sərhədçiləri onları təqib edib, təqib bir saatdan çox davam edib. Brokonyerlərin yolunu dənizdən və qurudan kəsiblər. Onlar hətta havaya xəbərdarlıq atəşindən sonra da dayanmayıblar. Nəhayət sərhədçilər qayığın mühərrikinə atəş açandan sonra onları dayandırmaq və saxlamaq mümkün olub.

Qayığın göyərtəsində 4 Azərbaycan vətəndaşı saxlanılıb, onların ovladığı nərə balıqları isə demək olar aşkar edilməyib. Brokonyerlər yaxalanmazdan qabaq onları dənizə atıblar. Təkcə iki balıq aşkarlamaq mümkün olub. Nəticədə qayığı Aktau limanına çəkiblər, orada sərhəd pozucularını həbs ediblər və polisə təhvil veriblər. Onları sərhədi qanunsuz keçmə və qanunsuz balıq ovu üzrə 5 ilədək həbs gözləyir.

Virtualaz.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam