Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Leyla Şıxlinskaya" klinikasının sabiq işçilərinin məhkəməsində şahidlər dindirilib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Leyla Eynullayeva ifadə verib.

O, "Leyla Şıxlinskaya" klinikasında qeydiyyat şöbəsində çalışdığını deyib: "Əmək haqqını kassadan alardım. Əvvəllər əmək haqqım kartla olmayıb".

Daha sonra şahid qismində Leyla İsmiyeva dindirilib. O qeyd edib ki, daha əvvəllər "Leyla Şıxlinskaya" klinikasında həkim işləyib: "Bizim öz işimiz müvəqqəti bağlanmışdı. Həkim işləyirdim, işsiz idim deyə "Leyla Şıxlinskaya" klinikasına müraciət etdim. Leyla xanım özü qəbul etdi. Gördüyümüz işə görə əmək haqqı alırdıq".

Şahid qismində Hüseyn Əliyev ifadə verən zaman 2003-cü ilin axırında sınaq müddətində "Leyla Şıxlinskaya" klinikasında işləməyə başladığını söyləyib: "Rəsmi olaraq 2004-cü ildən 2006-cı ilə qədər klinikada İT vəzifəsində çalışmışam. Orada internet şəbəkəsini qurmuşam. Klinikada iki şəbəkə mövcud idi. Biri rəhbərlik, biri isə həkimlər üçün nəzərdə tutulmuşdu".

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam