Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənilər qiymət artımına görə küçələrə axışdılar

 

 

Ermənistanın paytaxtı İrəvanda növbəti etirazlara start verilib

 

Yenixeber.org: Bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, axşam saatlarında parlamentdəki “Çıxış” blokunun təşkilatçılığı ilə keçirilən yürüş-mitinq ölkədəki qiymət artımına etiraz olaraq keçirilib. Mitinq İrəvanın Şarl Aznavur meydanından başlayıb. Bundan sonra aksiya yürüş şəklində Abovyan küçəsi-Respublika meydanı-Amiryan küçəsi-Maştotsa prospekti-Sayat Nova küçəsi-Abovyan küçəsi boyunca davam etdirilib. Etirazşılar hakimiyyətdən qazın, benzinin qiyməti də daxil olmaqla bir sıra məhsulların qiymətini aşağı salmağı tələb edib. “Çıxış” blokunun nümayəndələri hakimiyyəti qiymət artımının qarşısını almağa çağırıb. Blok təmsilçiləri bildirib ki, hakimiyyət bir neçə dəfə yürüş iştirakçılarına mane olmağa, aksiyaya müdaxilə etməyə çalışıb.

Qeyd edək ki, bundan əvvəl 19 yanvarda eyni tələblə aksiya keçirilmişdi. Seçkiqabağı Ermənistanda siyasi hərarətin artması fonunda soial-iqtisadi tələblərlə meydana çıxanların da sıraları genişlənir. Belə ki, budəfəki aksiyada əvvəlkindən daha çox iştirakçı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam