Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Bakıda sürücü qəpikləri yerə çırpdı:BNA işə qarışdı

 

 

Paytaxtda fəaliyyət göstərən 67 nömrəli avtobusun sürücüsü qadın sərnişinin ona uzatdığı 1 və 5 qəpiklərdən ibarət gedişhaqqını yerə ataraq, ona sərt reaksiya göstərib

 

Yenixeber.org: Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sürücünün fotosunu yayımlayan şəxs qeyd edib ki, sürücü “Bu nədir? Aptekdir? Bu nə pullardır verirsən?” deyərək qəzəblənib. Sürücü onun şəklini çəkən zaman isə deyib ki, get, kimə istəyirsən, şikayət elə.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev qeyd edib ki, sürücü ilə bağlı müvafiq tədbir görülür:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının hüdudları çərçivəsində istənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valyutamızla aparılır. Hər birimizin də borcudur ki, qanunun bu tələbinə əməl edək. Eyni zamanda hər birimizin borcudur ki, nominalından asılı olmayaraq, milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə qarşı hörmətsizlikdir. Həmin xətt üzrə daşıyıcı da BNA-ya çağırılıb. İddia edildiyi kimi, sürücü bu cür tərbiyəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı lazımı tədbiri görəcək. Bununla yanaşı, bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da təşəkkür edirik. Çünki məhz ictimai qınaq bu cür hallarla mübarizədə daha səmərəli olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam