Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Yeni maliyyə böhranı yaxınlaşır?-TƏHLİL

 

image here

Yenixeber.org: Qlobal volatillik indeksi (VIX) 8,56 bənd səviyyəsinə enərək tarixi minimal səviyyəyə düşüb.
 VIX indeksinin əvvəlki minimumu isə 1993-cü ildə (8,89 bənd) qeydə alınıb.
Qeyd edək ki, VIX indeksi təhlükə və ya qorxu indeksi hesab edilsə də, ilkin vəzifəsi maliyyə bazarında dalğalanmaların sürət gözləntisi kimi qəbul olunur. VIX əslində "CBOE (Chicago Board Options Exchange) Volatility Index"in qısa adı olub, ABŞ-ın "S&P 500" indeksinin dalğalanma (volatillik) dərəcəsini göstərir.
Xatırladaq ki, VIX-in statistikasına əsasən, onun orta qiyməti 1990-cı ildən etibarən 18-ə yaxın olub. Lakin müəyyən dövrlərdə VIX 15-dən aşağı da olub. Belə ki, 1990-cı ildən sonra 3 belə uzunmüddətli dövr qeydə alınıb. Bu, fevral 1993-cü il-sentyabr 1996-cı il (43 ay, orta qiymət - 13,4 bənd), fevral 2005-ci il-oktyabr 2007-ci il (32 ay, 13,2 bənd) və avqust 2013-cü il-iyul 2015-ci il (23 ay, 14,4 bənd) dövrləri olub.
Növbəti dövr isə 2015-ci il oktyabr ayı-2018-ci il yanvar ayını (28 ay, 12,75 bənd) əhatə edir.
"Report"un analitik qrupu bildirir ki, yuxarıda sadalanan hər 3 dövrdən sonra qlobal maliyyə bazarı böhranla üzləşib. Belə ki, 1998-1999-ci illərdə dünya böhranı Asiya ölkələri və Rusiya kimi inkişaf etməkdə olan ölkələri əhatə edib. İkinci böhran 2008-2009-cu illərdə ABŞ-da başlayıb. Üçüncü böhran isə ABŞ-ın uçot dərəcəsini endirməyə başlaması ilə bağlıdır. Statistika onu göstərir ki, artıq yeni bir maliyyə böhranı yaxınlaşmaq üzrədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam