Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanda Nüvə müzakirəsi

Ermənistanda Nüvə müzakirəsi

Yenixeber.org:11 sentyabr 2017-ci ildə Ermənistan parlamentində “Beynəlxalq Elmi Texniki mərkəzin fəaliyyətinin davam etdirilməsi haqqında” razılaşmanın təsdiq edilməsi zamanı “Yelk” (Çıxış) ittifaqının rəhbəri Nikol Paşinyan, Elm və Təhsil nazirliyinin Elmi Dövlət Komitəsinin sədri Samvel Harutyunyana, "Ermənistan Respublikası de-yure nüvə silahı yaratmaq və bu istiqamətdə araşdırma aparma hüququna malikdirmi ?" deyə sual ünvanlayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan nüvə silahının yaradılması ilə bağlı hökumət rəsmisinə bir sıra çaşdırıcı suallar verib. “Doğrudanmı bu razılaşma Ermənistanın imkanlarını məhdudlaşdırmır” – deyə müxalif ittifaq rəhbəri bildirib. Paşinyan son zamanlar cəmiyyət və ekspertlər tərəfindən müzakirə mövzusu olan bu məsələyə münasibət bildiriləcəyinə ümid etdiyini deyib: 

“Əks halda yazılı müraciət edəcəm. Müzakirə olunan məsələnin nüvə silahına aid olduğunu nəzərə alaraq, Ermənistanın hansı beynəlxalq razılaşmalarla məhdudlaşdığını bilmək yaxşı olardı” - deyə o qeyd edib.

Daha öncəki sualında məlumatlarla bağlı dəqiqləşdirmələr aparacağını bildirən deputatın növbəti sualı isə belə olub – “Ermənistanda nüvə silahı yaratmaq üçün elmi potensial vamı?. Bu gün bizim müvafiq mütəxəssislərimiz varmı, yoxsa artıq onlar 10.000 dollar əmək haqqı müqabilində qayıtmamaq şərtilə Ermənitsanı tərk ediblər?”.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan və sabiq baş nazir Hrant Baqratyan Ermənistanın nüvə silahına malik olması barədə açıqlamalar veriblər. Nəzərə alsaq ki, hər iki şəxs vaxtilə Sarkisyan hakimiyyətinin ən önəmli rəsmi fiqurlar olub. O zaman anlayarıq ki, Erməni cəmiyyətinin sadəcə "qaraj damlarında" siyasi partiya rəhbərliyinə yüksəltdiyi Paşinyan, təbii ki, Ermənistanda nüvə silahının olub-olmaması ilə bağlı xüsusi dövlət sirlərinə dəqiqliklə malik ola bilməz. Lakin, bu o demək deyil ki, Sarkisyan rejiminə qarşı kəskin müxalif mövqeyilə daim seçilən müxalif deputat, qəsdən bu kimi sualları ünvanlaya, hakimiyyətin gizli, naməlum tərkibli silahlarını ifşa etməyə bilməzdi. 

Paşinyanın gözlənilməz suallarına cavab verən Samvel Harutyunyan mövzudan ustalıqla yayına bilib: “Nüvə silahının istifadəsi və yayılmasını tənzimləyən razılaşmalarla bağlı sualı hökumətə vermək lazımdır, cünki mən konkret olaraq hansı razılaşma ilə nə edilməsi nəzərdə tutulduğuna dair cavab verməyə hazır deyiləm. Ancaq Ermənistan əlbəttə ki, bu məsələləri tənzimləyən bir çox razılaşmaları imzalayıb”.

İkinci Ermənistanda nüvə silahı yaratmaq üçün müvafiq texnologiyaları bilən mütəxəssislər varmı sualına: “Bəli bu gün Ermənistanda və ondan kənarda erməni əsilli mütəxəssislər var və istənilən vaxt bu problemlə məşğul ola bilərlər”. 

Maraqlıdır, Harutyunyanın "...bu sualı hökümətə vermək lazımdır...nə edilməsi nəzərdə tutulduğuna dair cavab verməyə hazır deyiləm...erməni əsilli mütəxəssislər var və istənilən vaxt bu problemlə məşğul ola bilərlər" - kimi cavabları üstü örtülü olsa da, əslində əsas məqsədin, beynəlxalq konvensiyaları pozan Ermənistan hakimiyyətinin çirkli bomba, nüvə tullantılarından hazırlaan xüsusi, mənşəyi məlum olmayan silahların mövcudluğunu gizlətməkdən ibarət olduğunu ortaya çıxarır.

Alpər Mövludoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam