Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kütləvi zəhərlənmələrə səbəb nədir? -Tibbi ekspert

 

Yenixeber.org: Bunu tibb elmləri doktoru, tibbi ekspert Adil Qeybulla deyib: “Təssüflər olsun ki, şadlıq evlərində zəhərlənmə halları daha çox özünü göstərir”.

Artıq bir neçə gündür ki, restoran və şadlıq evlərində kütləvi zəhərlənmə hallarına rast gəlirik. Buna səbəb nədir?

Həkimin sözlərinə görə, zəhərlənmə bayat, vaxtı keçmiş qidaların, tərkibində mikrobların, toksiki maddələrin əmələ gəldiyi qidaların qəbulu zamanı baş verir. Zəhərlənmə bir tərəfdən mikrobların buraxdığı zəhərli maddələrin orqanizmə daxil olaraq həzm traktının fəaliyyətini pozması, dərin dəyişikliklər əmələ gəlməsi, mübadilə pozulması, sinir iflici və s. gətirib çıxara bilər.

Həkim qeyd edib ki, zəhərlənmənin ən ağır forması botulizm prosesidir. Botulizm ciddi qida toksiki infeksiyasıdır və ölümə gətirib çıxara bilər. Ona görə, qida toksiki infeksiyalarında diqqətli olmaq lazımdır.  

Zəhərlənmə zamanı ilk tibbi yardım necə göstərilməlidir?

Tibbi ekspert: “İlk tibbi yardım kimi maye içirtmək, mədəni yudurmaq, həmin zərərverici amilin orqanizmə keçməsinin maksimal qarşısını almaq lazımdır. Daha sonra həkim çağırmaq, venadaxili infuziya etmək, yəni qana keçən toksinlərin konsentrasiyasını qanda azaltmaq əsas pirinsip bundan ibarətdir. Düşünürəm ki, bu cür hadisələrlə qarşılaşan zaman insanlar təşvişə düşməməli, qaydalara düzgün əməl etməli, məqsədyönlü şəkildə insanlara kömək etməlidir”

Aysel Yaqubqızı / Metbuat.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam