Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prokurorluğa müraciət olunub:Ağacların qanunsuz kəsilməsi ilə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Yenixeber.org: Nazirlikdən Trend-ə verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.

Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam