Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İçməli sudan şikayətlər artır: “Çirklilik dərəcəsi normadan iki dəfə artıqdır”

 

Yenixeber.org: Paytaxt Bakıda mənzillərə paylanılan suyun keyfiyyəti məsələsi uzun müddətdir ki, müzakirə mövzusudur. Cəmiyyətdə bununla bağlı narazılıq artmaqdadır. Bəzi beynəlxalq ekoloji qurumların Azərbaycanda apardıqları tədqiqatlara inansaq, mənzillərə içməli su adı ilə paylanılan su nəinki içməyə, yuyunmağa belə yaramır və Avropa standartlarına görə, texniki istifadə üçün yararlıdır. Ekspertlər isə suyun çirkli olmasına səbəb kimi, ötən əsrin 60-70-ci illərində çəkilən su xətlərinin yenilənməməsini və köhnə-paslı borularla mənzillərə su verilməsini əsas göstərirlər. 

Suyun keyfiyyəti ilə bağlı vətəndaşlardan “Yeni Müsavat”ın redaksiyasına növbəti şikayət daxil olub. 

Adının çəkilməsini istəməyən oxucu məktubda qeyd edir ki, evində krantdan gələn suyun çirklilik səviyyəsi normadan iki dəfə artıqdır: “Bu ilin iyun ayında 119 nəfər uşağın bir gündə infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi xəbəri yəqin ki, yadınızdadır. O zaman da infeksiyaya səbəb kimi içməli su göstərilirdi. Həmin vaxt Gigiyena və Epidemiologiya İdarəsi günahı “Azərsu”nun üstünə yıxsa da qarşı tərəf əhaliyə verilən içməli suyun tərkibinin normalara tam uyğun olduğuna dair and-aman edib məsuliyyətdən yayındı. Sonra hər şey unuduldu. Ancaq problem həllini tapmayıb. Evimdə su “tester”i var, suyun tərkibini dəqiqliklə göstərir. Bu gün yoxlamışam - krantdan gələn suyun çirklənmə səviyyəsi 411-dır. Əslindəsə 200-dən yüksək olarsa, həmin su içmək üçün yararsız sayılır. Tərkibi 400-dən yuxarı olan su isə nəinki içmək, hətta çimmək üçün belə yaramır, sağlamlıq üçün təhlükə yaradır”. 

Şikayətçi bildirir ki, yay fəsli olduğundan içməli suya tələbat böyükdür və əksər vətəndaşlar krantdan gələn suyu birbaşa içirlər: “Avqust olduqca isti keçir. Hər adam, hər dəqiqə marketdən su alıb içə bilmir; xüsusilə də uşaqlar rastlarına gələn krantdan su içir. Amma unutduq ki, havaların kifayət qədər sərin keçdiyi iyun ayında epidemiya ilə üz-üzə qalmışdıq. Nəyi gözləyirik? Gərək böyük sayda uşaq xəstəliyə tutulub, ölsün, sonra tədbir görülə? Sanki buna adətkar olmuşuq. Sumqayıtda quduz itlər uşağı dişləyənə qədər küçə itləri heç kəsin yadına düşmürdü. Gərək yenəmi müvafiq qurumların ayılması üçün kimlərinsə balaları qurban getsin? Axı o elə sizin öz övladınız da ola bilər...”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam