Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nəqliyyat sahəsini iflic edən səbəblər -PROBLEM

 

Sürücüləri səhər saatlarında ayaqüstü “müayinədən keçirən”, daha çox isə münəccimlik fəaliyyəti ilə məşğul olan şəxsin də fəaliyyəti, bu gün çoxlarının diqqətini cəlb etməkdədir

Yenixeber.org:   Ölkəmizin nəqliyyat sektorunda yaşanan problemlər zaman-zaman ən yüksək səviyyələrdə müzakirə olunsa da, hətta bu yöndə mühüm qərarlar qəbul edilsə də, çox təəssüf hissi ilə vurğulamaq yerinə düşər ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, hal-hazırda dövlətimizin ən çox problemlər məngənəsində boğulan sahələrindən biri də, məhz nəqliyyat sahəsidir. Düzdür, bu sahə olduqca strateji əhəmiyyət kəsb edən və çoxsaylı sakinlərin maraq dairəsinə daxil olduğundan, nəqliyyat sahəsində yaşananlar daim gündəlikdə duran mövzulardan biri olur. Xoşagəlməz hal o olur ki, bu sahədə müəyyən səbəblər üzündən hansısa faciə baş verdikdən sonra, çox keçmir ki, problemlərin varlığına cavabdehlik daşıyanlar hərətətə keçirlər və müəyyən qədər vaxt keçdikdən sonra isə, olub-keçənlər unudulur. Necə deyərlər “köhnə hamam, köhnə tas” yenə də yaşanır. Məsələn, hələ bir müddət bundan əvvəl Bakı-Sumqayıt yolunda baş verən faciə ilə bağlı müəyyən addımlar atılsa da, bu gün yenə də oxşar addımlar atılmaqdadır.
Şəhərdaxili nəqliyyatda baş verənlər də, bu gün daha çox gündəmi zəbt edən mövzulardan biridir. Problemlərin kökü nədədir və aidiyyəti qurumlar baş verənlərə qarşı mübarizədə niyə aciz görünürlər? Yəqin ki, belə bir ab-havanın varlığı hər kəsi düşündürən məqamlardır. Məsələn, bu gün şəhərdaxili hərəkətdə olan nəqliyyat vasitələrinin çoxu sanki xəstəlik mənbəyidir. Bəzi avtobusların salonları həftələrlə deyil, bəlkə də aylarla yuyulmadığından, həmin nəqliyyat vasitələrinə məxsus salonların xəstəlik mənbəyinə çevrilməsi sanki qaçılmaz hal alır. Oturacaqların sınıq-salxaq olması, sürət həddinin aşılması, nəqliyyat vasitələrini idarə etməklə sərnişin daşıyan sürücülərdən çoxunda sürücülük vəsiqələrinin olmaması, dayanacaqlarda dayanan zaman tələb olunan normativlərə əməl edilməməsi və s. bu gün nəqliyyat sahəsində yaşanan problemlərin görünən tərəfləridir. 
Həqiqət naminə etiraf etmək lazımdır ki, bu gün “BAKUBUS” MMC-nin fəaliyyəti kifayət qədər dəyərləndirilən haldır. Çünki, müəyyən mənada şəffaflığın təmin olunması, hərəkət intervalına uyğun addımların atılması, adı çəkilən cəmiyyətin balansında olan nəqliyyat vasitələrini idarə edən sürücülərin davranışları və s. tam əksəriyyət tərəfindən qəbul olunur. Xoşagəlməz hal o olur ki, çox zaman kiçiktutumlu nəqliyyat vasitələri dayanacaqlarda dayanarkən, “BAKUBUS” MMC-nin nəqliyyat vasitələrinə maneçilik də yaradırlar. Məsələn, dayanacağın hansı hissəsində dayanmaq tələbinə əməl etməyənlər, çox zaman qadağan olunmuş yerdə nəqliyyat vasitələrini saxlamaqla ciddi qanuun pozuntusuna da yol verirlər. Bütün bunların kökündə isə, nəqliyyat vasitələrinin hansısa yüksək çinli vəzifə sahiblərinə məxsus olması əsas faktor olur. 
Bir neçə dayanacaqda dayanan dispeçerlər isə, nəqliyyat vasitələrinin hərəkətlərini tənzimləməklə deyil, daha çox ya 20 qəpiklərini, ya da ki, 1 manatlarını toplamaqla məşğul olurlar. Şəhərimizin Səbail rayonunun 20-ci sahə adlanan ərazisində sürücüləri səhər saatlarında ayaqüstü “müayinədən keçirən”, daha çox isə münəccimlik fəaliyyəti ilə məşğul olan şəxsin də fəaliyyəti, bu gün çoxlarının diqqətini cəlb etməkdədir. Çünki, adını dəqiqləşdirə bilmədiyimiz həmin şəxs nəqliyyat “bossları”nın ona vermiş olduğu səlahiyyətlərdən yararlanaraq, səhər çağlarında adı çəkilən ərazidə peyda olur və hər sürücüdən “nəzir-niyazını” topladıqdan sonra, onlara sərxoş olmamaları barədə təsdiqlənmiş sənəd də verir.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı ilə bərabər, ayrı-ayrı şəhər və rayonlardakı avtovağzallarda yaşanan acınacaqlı durum da, bu gün daha çox müzakirə olunan mövzulardandır. Çünki, daha çox bölgələrdəki avtovağzallar çayxana, yaxud da kafe adı altında fəaliyyət göstərməkdədirlər. Məsələn, adicə Qazax rayon avtovağzalında yaşananlara toxunaq. Bu gün adı çəkilən avtovağzalda təqribən altı çayxana fəaliyyət göstərir ki, hər çayxananı işlədən şəxs də, avtovağzal rəhbərliyinə hər ay üçün ən azından 200 manat “haqq-hesab” çatdırır. Kassalarda satılan biletlərin xüsusi əllərdə olması və sərnişinlərə baha qiymətə satılması, hal-hazırda əksəriyyəti narahat edən məsələlərdəndir. Qazax-Bakı biletinin qiyməti təqribən 8 manat həndəvərində olsa da, xüsusi əllərdə olan biletlər sərnişinlərə 10 manata satılır. Amma, avtovağzalın həyətində hər hansı zibil qutusunu yerləşdirmək, sərnişinlərin rahatlığını təmin etmək və s. sanki müşkül məsələyə çevrilir. Avtovağzal dispeçerlərinin hər sərnişinə görə 1 manat “haqq” almaları da, nəqliyyat sahəsində yaşanan problemlərdəndir. Respublikamızın daha çox Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Yevlax və digər avtovağzallarında ştatdankənar dispeçerlik fəaliyyəti ilə məşğul olanların atdıqları addımlar, bu gün nəqliyyat sahəsini iflic edən anlardır. Yevlax avtovağzalında dayanan və səhhətində ciddi problemləri olan gənc oğlanın davranışları və “yolkəsənlik” etməsi, gündəlik hər kəsi boğaza yığmaqdadır.
Ümumi şəkildə götürsək o qənaətə gələ bilərik ki, dövlətimiz üçün olduqca əhəmiyyətli sahə hesab olunan nəqliyyat sahəsi, bu gün daha çox problemlər məngənəsində boğulan sahələrdəndir.
Bu yöndə araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

(Gundemxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam