Siyavuş Novruzov Ayaz Mütəllibova qarşı
“Qanlı 20 Yanvar faciəsində qaçıb gizlənənlər hazırda partiya rəhbərləridir”
"Xeberinfo.com": Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Nəhayət 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı törədildi. SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi. Artıq ölkəmizdə bir neçə gündən sonra 20 yanvar faciəsinin törədilməsinin 25 illiyi tamam olacaq.
Qanlı Yanvar hadisələri ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “A24.az”-a müsahibə verib.
-Siyavuş müəllim bu ilin 20 yanvarında “Qanlı Yanvar” faciəsinin 25 ili tamam olur. Bu barədə fikirlərinizi bilmək istərdik.
-1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə ordusu, xalqımıza qarşı ən böyük cinayyət törətdi. O cinayyətləri törədən şəxslər hələdə məhsuliyyətə cəlb edilməyib. Başda Mixail Qorbaçov olmaqla, həmənki dövrdə sözügedən struktura, qoşuna rəhbərlik edən şəxlər o cümlədən Azərbaycan Kominist Partiyasının o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və digər şəxslər məhsuliyyətə cəlb olunmalıdır. Bu məsələnin birinci tərəfidir.
Ədalətsizlik hökm sürən dünyada mütləq 20 Yanvarla bağlı beynəlxalq məhkəmə qurulmalıdır. Öz müstəqilliyini, azadlığı uğrunda silahsız mübarizə aparan xalqın üstünə Sovet Ordusu qoşun yeritdi və insanlar şəhid oldu. Xeyli insan yaralandı, əlil oluldu, bəzilərinə pisixoloji, maddi ziyan dəydi. Bütün bunlar yenidən araşdrmalı və bir daha cinayətkarların məhsuliyyətə cəlb olunması üçün xüsusi addımlar atılmalı və davam olunmalıdır. Bu cinayyətin ən real açılması, bütün dünyaya yayılması məhz mərhum prezident Heydər Əliyevin səyi nəticəsində baş verdi. H.Əliyev istefada olduğu dövrdə ailəsi ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gəlib və cinayyətin isti-isti izləri itməmiş Mixail Qarbaçov başda olmaqla və digərlərinin bu hadisədə əli olduğunu beynəlxalq ictimayyətə elan etdi və biz buna xüsusi əhəmiyyət verməliyik.
Sözü gedən dövrdə informasiya blokadası olduğu bir şəraitə, həmçinin öz və ailəsinin həyatına təhlükəyə atmasına baxmayaraq mərhum prezident Heydər Əliyev Azərbaycanın rəhbərlərindən fərqli olaraq öz xalqının yanına gəldi, ölkəmizin xalqı ilə birlikdə bu faciənin mahiyyəti, əhəmiyyəti dünya ictimayyətinə çatdırdı. Cinayətkarları bir-bir orada adlarını sadaladı. Onların kim olduğunu dünya ictimayyətinə çatdırdı. Bu hadisəni daxildə olan qüvvələrin də üstündə atmaq istəyirdilər. Təbii ki, bizdə də sözü gedən hadisə zamanı Sovet KQB-nə xidmət edən şəxslər var idi. Onlar ayri-ayrı siyasi partiyalarda qulluq etməklə bu mənfur işini həyata keçirirdilər. Bu faciənin daha geniş maştab alması üçün də dəridən-qabığdan çıxırdılar. Lakin bu faciə ümumilikdə Azərbaycan xalqının bir qəhərmanlığı idi, xalqımızın öz müstəqillik və azadlıq ideylarılnı ortaya qoyması idi.
-O vaxtkı Azərbaycan rəhbərliyinin bu hadisədə günahı nə idi?
-Birinci növbbədə faciə zamanı onlar Azərbaycan xalqının qarşına çıxmalı, onlar Sovetlər Birliyi ilə danışıqlar aparmalı idilər ki, ölkəmizə qoşun yeridilməsin. O cümlədən heç olmasa bunlara gücü çatmasa belə bəyanat və ya istefa verib getməlidilər. Eyni tipli hadisə Gürcüstanda da baş verdi. Gürcüstanda belə bir hadisə baş verəndə sözü gedən ölkənin o vaxtkı rəhbərliyi hammısı istefa verdi. Bizimkilər isə əksinə vəzifə davasına başları qarışmışdı. O vaxtkı Azərbaycan rəhbərliyi sözü gedən hadisələrdə şəhid olanları Sovet rəhbərliyinin xətrinə dəyməsin deyə küçə uşaqları adlandırmışdır. Bütün bu hadisələri Milli Məclisin komissiyası araşdırıb. Hətta Ali Sovetin Sədri sözügedən dövrdə aradan çıxdı iclas aparmadı. İclasa rəhbərliyi rəhmətlik, şair Bəxtiyar Vahabzadə elədi. Bunların xalqın faciəsinə laqeyid yanaşmasının özü belə cinayyətdir.
-20 Yanvar faciəsində günahı olan şəxslərdən indiki Azərbaycan müxalifətdə təmsil olunanı varmı?
-20 Yanvar faciəsi baş verən zaman qaçıb gizlənələrin bir çoxları ayrı-ayrı partiyaların lideri, başqanı vəzifəsini tutur. Sözügedən adamlar da xalqın qarşısına çıxmadılar. ANS kanalında Mirşahinin təqdimatında “Azərbaycanın ən yeni tarixi” adlı verlişdə bu məsələ qaldırıldı. Bu faciə ilə əlaqədar Azadlıq Meydanında birinci mitinqin dağıdılması ilə əlaqədar verlişə dəvət olunan bir sıra partiya rəhbərləri və digər şəxslərin hammısına sual verildi. Bildirildi ki, Azadlıq Meydanında mitinqin dağıdılann zaman siz harda idiniz? Cavab olaraq bəziləri sözügedən zaman şəhərdə olmadıqları və digər bəhanələr gətirərək bu mitinqdən xəbərləri olmadıqlarını dedilər. Aydın görünür ki, onların bu işlərdə məlumatları var idi. Biri cavab olaraq deyir Universitetin rektoru, dekanı çağırdı. Digəri deyir məni güclə təcili yardım maşınına basıb apardılar. Bəziləri deyir ki, neçə gün idi ki çimmirdim, yuyunmağa getmişdim. Bir sözlə 20 Yanvar hadisələrində Azərbaycan xalq hərəkatında təmsil olunan və Sovet əks kəşviyyatına xidmət edən, bu gün də olan siyasi partiya rəhbərləri və digərləri şəxslərdə gizləndilər. Onlar ortalıqda bir neçə nəfər saxladı ki, mitinqdə hər hansısa hadisə ilə bağlı rəhbərliyə nəsə xəbər versin.
-Nəyə görə 20 Yanvar faciəsilə bağlı Beynəlxalq məhkəmə Mixail Qorbaçovu cəzalandırmayıb?
-Mixail Qorbaçovun məhkəməyə verilməsi ilə, bağlı müraciətlər olub. Bu işi bu gündə aparanlar var. Buna ancaq beynəlxalq məhkəmə həll edə bilər. Amma M.Qorbaçov Sovetlər Birlyinin dağılmasında xüsusi xidməti olduğuna görə bu baş tutmayıb. Çünki ABŞ və Avropa SSRİ-nin dağılması üçün milyardlar yatırırdılar və bu baş tutmurdu. Amma Mixail Qorbaçov bu işin öhdəsindən gələ bilib. Ona ABŞ sülh mükafatı olan Nobeli də verib. Bir sözlə Qorbaçov ABŞ-ın müdafiəsi altında olduğu üçün bunu etmək olmur. Amma zaman gələcək hər kəs xalqımıza qarşı bütün haqsızlığa görə cavab verməli olacaq. Yaqinki hər şeyin zamana erhtiyacı var.
-20 Yanvar faciəsi ilə əlaqədar YAP nəkimi tədbirlər həyata keçirəcək?
-Bu il YAP-ın şəhər və rayon təşkilatlarında bununla əlaqədar olaraq tədbirlər keçiriləcək. O cümlədən Şəhidlər Xiyabanı ziyarət olunacaq, müxtəlif kitab və bu hadisəni özündə əks etdirən filimlərin təqdimatı keçiriləcək. Şəhid ailələrinə yardımlar veriləcək.