Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“TÜRKİYƏ ABŞ-ın NİYYƏTİNİ GEC ANLADI…” –“Bronson azad edilsə də, gərginlik qalacaq”

sulheddin-akber-88-e1525213764500

Son aylarda ölkəmizin yerləşdiyi region, xüsusilə də yaxın qonşularımızla bağlı çox dinamik və bir sıra hallarda narahatlıq yaradan hadisələr baş verir. ABŞ-ın Rusiya, İran və Türkiyəyə qarşı sanksiya siyasəti bu ölkələrin iqtisadiyyatlarında ciddi təlatümlərə gətirib çıxarır. Eyni zamanda ABŞ öz müttəfiqi Türkiyəyə qarşı siyasi-iqtisadi təzyiqləri getdikcə artırır.

Yenixeber.org: Tanınmış politoloq, Avro-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbərlə müsahibədə regionda baş verən geosiyasi hadisələr, Azərbaycanın bu gərginliklər şəraitində tutacağı mövqe barədə danışdıq:

- Sülhəddin bəy, Türkiyə ilə ABŞ arasında yaranmış mübahisənin yalnız rahib Bronsonla bağlı olduğunu söyləmək olarmı, yoxsa bu, problemin görünən tərəfidir? ABŞ-la Türkiyə arasında nə baş verir?

– Bu suala cavab vermək üçün son bir neçə onillikdə baş verən prosesləri qısaca olaraq xatırlatmağa ehtiyac var. Məsələ burasındadır ki, bu proseslərin səbəbləri çox dərinə gedir və rahib Bronson bunun üzdə görünən tərəfidir. Əsas məsələ soyuq müharibə bitdikdən və SSRİ dağıldıqdan sonra dünyada yaranmış yeni strateji durumdur. Soyuq müharibə bitdikdən və SSRİ dağıldıqdan sonra ikiqütblü dünya da dağıldı və ABŞ “PaksAmerikano” adlı yeni birqütblü dünya düzəni qurmağa başladı.

İlk dövrdə dünyada elə bir qüvvə yox idi ki, bu quruculuğa mane olsun. Nəticədə bir sıra Şərqi Avropa ölkələri NATO-ya, Avropa Birliyinə qəbul olundu. Avroatlantik institutların genişlənməsi 2005-ci ilədək maneəsiz davam etdirildi. Yəni 1989-cu ildən (Berlin divarı söküləndən) 2005-ci ilədək ABŞ-ın dinc, demokratik və bölünməz yeni Avropa strategiyası inkişaf etdirildi. Lakin 2005-ci ildə Rusiya özünə gəldi – artıq Yeltsin hakimiyyəti Putinə təhvil vermişdi, Rusiya yenidən güclənməyə başlamışdı. 2005-ci ilin 13 mayında Əndicanda dinc etirazçılar atəşə tutulduqdan sonra Rusiyanın bu yeni dünya düzəninə qarşı mövqeyi ortaya qoyuldu. Bu, bir dönüş-qırılma nöqtəsi idi. Xatırlayırsınızsa, həmin il Azərbaycanda da nazirlərin həbsi baş verdi, dinc, demokratik dəyişikliklərin qarşısı Rusiya kəşfiyyatının köməyi ilə alındı. Eyni zamanda Moldovada “ağ inqilab” baş verdi.

2001-ci il terrorundan sonra ABŞ təkqütblü dünya düzənində yeni istiqamət açılmışdı. Nəticədə İslam dünyası da daxil olmaqla, liberal-demokratik dünya qurulması planı hazırlandı. Bu planın əsas tərkib hissəsindən biri də “Böyük Orta Şərq” layihəsi idi – 2004-cü ildə açıqlandı. Türkiyə bu layihənin həmsədrlərindən biri idi. Məqsəd mötədil islamın hakimiyyətə gətirilməsi idi. 22-23 dövlətin sərhədlərinin yenidən cızılması, onlara demokratik düzən gətirilməsi nəzərdə tutulurdu. Lakin ABŞ və müttəfiqləri, xüsusilə də İsrail gördü ki, ərəb dünyasındakı inqilablar nəticəsində hakimiyyətə liberal-demokratik dünyəvi qüvvələr deyil, islamçılar gəlir. Bu gələn qüvvələr isə kəskin anti-Amerika, anti-İsrail mövqeyi tuturdu. Bundan sonra Orta Şərqdə siyasəti dəyişməyə başladılar. Lakin Türkiyə bu dəyişikliyə etiraz etdi. Bu, Türkiyə-ABŞ münasibətlərində ikinci qırılma nöqtəsi idi.Birinci qırılma soyuq müharibə başa çatdıqdan sonra baş vermişdi – ABŞ Türkiyəyə əvvəlki qədər ciddi ehtiyac duymamağa başlayanda.

- Demək istəyirsiniz ki, Türkiyə-ABŞ münasibətlərində soyuqlaşma ötən əsrdən başlayıb?

– Bəli. Bu münasibətlərin əvvəlki kimi davam etmədiyi 1989-91-ci illərdən hiss olunmağa başlamışdı. Misirdə Mursinin hakimiyyətdən devrilməsi ikinci və daha böyük qırılma nöqtəsi oldu. Bundan sonra ABŞ və Türkiyənin yolları açıq şəkildə ayrılmağa başladı. Getdikcə Suriya məsələsində də ziddiyyətlər meydana gəldi. Yalnız Orta Şərq ölkələrində dəyişikliklər deyil, onların gələcəyi ilə bağlı da fikir ayrılıqları gücləndi. ABŞ istəyirdi ki, bu ölkələrin sərhədlərində dəyişiklik olsun, bu alınmasa da onlar çoxpartiyalı, federal sistemli dövlətlərə çevrilsinlər. Əfqanıstanda, İraqda, Suriyada, Yəməndəki, Liviyadakı vəziyyətə diqqət edin. Türkiyə artıq anladı ki, ABŞ-ın məqsədi regionda “Böyük Kürdüstan” qurmaqdır. Və mənim fikrimcə, çox gec anladı. Əslində Şimali İraq Kürd Regional Administrasiyası qurulanda Türkiyə bunu anlamalı idi.

Türkiyənin ayılmasına səbəb olmuş üçüncü böyük qırılma nöqtəsi 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdi oldu. Bu, artıq bütün kartların açılması idi: hər şey ortada idi. ABŞ-ın ona mane olan Türkiyədə AK Parti rejimini devirmək, Türkiyəni parçalamaq, “Böyük Kürdüstan” planını sürətlə həyata keçirmək məqsədi bütün çılpaqlığı ilə ortaya çıxdı.Ondan sonra baş verən bütün hadisələr bu fikir ayrılığının, geopolitik maraqların ayrılmasının nəticələridir. Bunlar gah kəşfiyyat sahəsində üzə çıxır, gah siyasi-diplomatik sahədə, gah iqtisadi sahədə, gah da təhlükəsizlik sahəsində.

- Son günlər bir sıra dövlətlərdən Türkiyəyə iqtisadi dəstək bəyanatları verilir, müəyyən addımlar atılır. Və Türkiyə valyutasının dəyərsizləşməsi prosesi də dayanıb artıq. Sanki böhran yavaş-yavaş səngiyir. Sizcə, bu sakitlik uzunmüddətli, davamlı olacaq, yoxsa yenidən gərginləşmə baş verəcək?

– Bilirsiniz, bu vəziyyəti şərtləndirən əsas səbəb hələ aradan qalxmayıb. Əsas səbəb dediyim kimi, yeni dünya düzənində Türkiyənin yeri ilə bağlıdır. Türkiyə artıq əvvəlki kimi, ABŞ-ın bu düzəndə göstərdiyi yerdə durmaq istəmir, yeni dünya düzənində öz maraqlarına uyğun yer tutmaq istəyir, regional səviyyədə iddialarla çıxış edir. Bu iddialar davam etdikcə, belə qarşıdurmalar zaman-zaman ortaya çıxacaq. Yaxın gələcəkdə bu qarşıdurmanın aradan qalxmasını gözləmirəm. Bunun üçün ya gərək ABŞ Türkiyənin tələblərini nəzərə alsın, əsas da “Böyük Kürdüstan” qurmaq planından əl çəksin. Ya da gərəkdir ki, Türkiyə ABŞ-ın planları ilə tam razılaşıb, heç bir mövqe sərgiləmədən onun yanında olsun. Bu variantların heç biri yaxınmüddətli dövrdə real görünmür. Buna görə də əksinə, gərginliyin artacağını gözləyirəm.

- Niyə? Hansı amillər buna imkan verməyəcək?

– Buna bir neçə səbəb imkan verməyəcək. Birincisi, bildiyiniz kimi, noyabrda ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Tramp administrasiyası yenidən yevangelistlərin səsini qazanmaq istəyir – onların 81 faizi Trampa səs vermişdi. İkincisi, Tramp yəhudi diasporasının və lobbisinin səsini qazanmaq istəyir. ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra yaranmış durumu nəzərə alsaq, görünən gələcəkdə bu ziddiyyətin də ortadan qalxacağı real görünmür. Üçüncü məsələ İranla bağlıdır. Seçkilər ərəfəsində İrana qarşı sanksiyaların ikinci dalğası qüvvəyə minəcək. Bu isə Türkiyəyə də toxunur. Çünki Türkiyənin neft təchizatının 27, qaz təchizatının 17 faizi İranın payına düşür. Bütün bunlar ABŞ-la Türkiyə arasında gərginliyin yaxın gələcəkdə azalmasını deyil, əksinə, daha da artmasını şərtləndirəcək. Hətta oktyabrda rahib Bronson tam sərbəst buraxılsa belə, bunun gərginliyin ortadan qalxması ilə nəticələnəcəyini gözləmirəm.

- Son zamanlar Avropa ilə ABŞ arasında da ziddiyyətlər, xüsusilə iqtisadi məsələlərdə fikir ayrılıqları tez-tez meydana çıxır. Sizcə, Avropa həm Türkiyəyə, həm də İrana münasibətdə hansı mövqeni tutacaq?

– Nəzərə alsaq ki, həm qlobal, həm də regional miqyasda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, geopolitik mərkəzlərin hər bir ölkə uğrunda savaşı gedir, bunu da nəzərə alsaq ki, Türkiyə də sıradan bir ölkə deyil, strateji baxımdan böyük əhəmiyyəti olan bölgədə yerləşir, NATO üzvü olan, dünyanın 17-ci iqtisadiyyatına, böyük silahlı qüvvələrə malik ölkədir, 81 milyonluq dinamik, gənc nüfuzlu əhalisi var. Buna görə də Türkiyə uğrunda geopolitik qarşıdurmada rəqabət şiddətlənəcək. Avropa Birliyi də, Rusiya da, Çin də Türkiyəyə doğru müəyyən reveranslar edəcək, addımlar atacaq. Bunu artıq biz Avropa Birliyi və Rusiyadan açıq şəkildə görürük, Çin hətta konkret addım da atıb, Türkiyəyə çoxmilyardlıq kredit xətti açıb. Bu, ilkin əlamətlər onu göstərir ki, həm Avropa Birliyi, həm Rusiya, həm də Çin yaranmış durumdan istifadə edib Türkiyəyə doğru addımlar atacaqlar.

- Türkiyə bu şəraitdə hansı addımları ata bilər? Onun NATO-dan çıxması mümkündürmü?

– Nəzərə almaq lazımdır ki, strateji münasibətlərdə həmən dəyişiklik gözləmək qeyri-ciddi olardı. Yəni Türkiyə sabah NATO-dan çıxıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, yaxud Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayacaq. NATO yalnız ABŞ-dan ibarət deyil. Böyük ehtimal ki, ilk növbədə Türkiyə iqtisadi sahədə müəyyən istiqamətlərə yönələcək, arayışlara başlayacaq. Əslində bu arayışlar başlayıb artıq. Bir tərəfdən Avropa Birliyi ilə münasibətlərdə yeni bir səhifə açıla bilər, xüsusən də iqtisadi və mədəni sahədə. Rusiya ilə Avrasiya İqtisadi Birliyi ilə bağlı Türkiyənin müəyyən statusla əməkdaşlığı başlaya bilər, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-lə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR). Yəni Türkiyənin ilk arayışları iqtisadi sahədə olacaq. Mən onun ilk növbədə hərbi-təhlükəsizlik sahəsində arayışlara gedəcəyini düşünmürəm.

Nəinki qısamüddətli, heç ortamüddətli perspektivdə də Türkiyənin NATO-dan ayrılacağını, Ərdoğanın bütün açıqlamalarına baxmayaraq, belə niyyətinin olduğunu düşünmürəm.Birincisi, qeyd etdiyim kimi, NATO yalnız ABŞ-dan ibarət deyil. İkincisi də Tramp Amerika hakimiyyətində əbədi deyil. Strateji münasibətlər uzunmüddətli olduğu üçün burada planlamalar da uzunmüddətli yapılır. Deyək ki, Trampın hakimiyyətdə olduğu müddətə görə Türkiyə strateji planlamasında dəyişiklik edəcək deyil. Bu, elmi baxımdan da düzgün olmazdı. Amma Türkiyənin əlinə fürsət düşüb ki, hərbi sahədən kənar – siyasi-diplomatik, iqtisadi və mədəni sahədə çoxvektorlu siyasət apararaq müxtəlif istiqamətlərə yönəlsin.

- Bu istiqamətlər hansılar olacaq?

(ardı var)
Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam