Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Azərbaycandan iş təklifi gəlsə, yəqin ki, qəbul etmərəm"

"Azərbaycandan iş təklifi gəlsə, yəqin ki, qəbul etmərəm"

 

 

Azərbaycanlı mütəxəssislərin bir çoxunun xaricdə yaşadığı və yüksək vəzifələrdə işlədiyi heç kimə sirr deyil. Xüsusilə idman sahəsində azərbaycanlılar dünyada böyük uğur qazananlar sırasındadırlar. Hal-hazırda Dağıstanda Boks Federasiyasının birinci vitse-prezidenti də azərbaycanlı olan Dostali Heybətovdur

 

Yenixeber.org: Birinci vitse-prezident öz uğurlarından danışıb.

- Niyə məhz Dağıstana köçdünüz?

- Mən Heybətov Dostali Şakir oğlu Azərbaycanda, Xızı rayonun Giləzi kəndində doğulmuşam. Azərbaycanlı olmağımla fəxr edirəm. 1987-ci ildə ailəm ilə birlikdə Dağıstana köçmüşük. Atam burada məxfi tunellərin açılması ilə məşğul olub. Dövlət atamın işini dəyərləndirib və buna görə bizə Dağıstanda ev hədiyyə edib. Beləliklə, biz də Dağıstanda məskunlaşdıq. Amma Azərbaycana, ata yurduma tez-tez gəlirəm.

Mən 15 yaşımdan boksla məşğul olmağa başlamışam. Hətta 2004-cü il Afina Olimpiya oyunlarının çempionu olan Haydarbek Haydarbekovla bir zalda məşq etmişəm. Peşəkar boks yarışlarında iştirak etmişəm. Rusiyanın peşəkar idman ustasıyam. Ən böyük uğurum isə azərbaycanlı olaraq Dağıstanda Boks Federasiyasını idarə etməyimdir. Halbuki, mənim postumda işləmək istəyən onlarla insan var. Amma bu posta mən seçilmişəm. Bundan böyük uğur ola bilməz.

- Dağıstanda kifayət qədər azərbaycanlı yaşayır. Həmyerlilərinizin idmanla məşğul olmasına kömək edirsiniz?

- Əlbəttə. Mən idmanla məşğul olub uğur qazanmaq istəyən hər bir istedadlı insana kömək edirəm. Təbii ki, burada yaşayan və idman sahəsində köməyə ehtiyacı olan hər bir həmyerlimə yardım edirəm.

- Azərbaycandan sizə iş təklifi gəlsə, gəlib öz vətəninizdə işləməyə davam edərsiniz?

- Çox güman ki, yox. Niyə gəlmək istəmədiyimi izah edim. Məni mən edən və azərbaycanlı kimi uğur qazanıb bütün Rusiyada tanıdan Dağıstan olub. Ona görə, qazandığım uğurların Dağıstanda olduğu üçün bu addımı atmaq düzgün çıxmaz. Atam məni kişi kimi böyüdüb və mən həmişə ətrafımdakılara minnətdar olmuşam.

- Azərbaycanda boks idman növü ilə məşğul olan qızlar çoxdur. Dağıstanda necə, azərbaycanlı qızlar bu idman növünə üstünlük verir?

- Mən müsəlman qadınının boks ilə məşğul olmasına razı deyiləm. Buradakı azərbaycanlı qızlar da boksla məşğul olmur.

- Azərbaycanda idman federasiyaları beynəlxalq yarışlarda uğur qazanan idmançılara ev, maşın və müəyyən miqdarda qonorar verir. Dağıstanda da idmançılara belə diqqət ayrılır?

- Əlbəttə. Burada da qalib gələn, dövlətin bayrağını ucaldan, zəhmət çəkən idmançıya qonorar, maşın və hətta ev hədiyyə edilir. Onlar zəhmətləri ilə bunu qazanırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam