Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Allah prezidentin dualarını qəbul etsin”

 

“Prezident İlham Əliyev və ailə üzvlərinin Məkkədə Ümrə ziyarıtini maraqla izlədim və bir ölkə başçısının inanc dəyərlərinə sayğılı yanaşmasından məmnun qaldım. Allah bütün dualarını qəbul etsin!”

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib. Deputat hesab edir ki, prezidentin bu səfərindən sonra ölkədə dini zəmində neqativ davranışlar azalacaq:
“Maraqlı bir məqam da budur ki, görəsən prezidentin bu davranışından sonra Azərbaycanda bir çox məmurun düşüncəsində, dünyagörüşündə inanclara sayğı ilə bağlı hansısa müsbət dəyişikliklər baş verəcəkmi? Kimsəyə sirr deyil ki, ölkədə dini radikalizmə qarşı mübarizə aparlılır və xaricdən idarə olunduğuna görə bir sıra təhlükəli dini qruplar zərərsizləşdirilmişdir. Bunu cəmiyyətin sağlam düşüncəli insanları normal qarşılayırlar. 
Ancaq bəzi hallarda mübarizə pərdəsi altında sadəcə öz ibadəti ilə məşğul olan, dövlətinə, Vətəninə bağlı inanclı insanların da təqib olunduğunu, işdən çıxarıldığını müşahidə edirik. Bu barədə şəxsən mənim ünvanıma yüzdən artıq şikayət ərizəsi daxil olmuşdur. Məsələn, ötən il ADNA-nın qocaman alimi Ramiz Qurbanov məhz Həcc ziyarətinə getmək istədiyinə görə rektor tərəfindən işdən çıxarılmışdı. 
Təəssüf ki, bir sıra məmurlar üçün narkotik istifadəçisi olmaq, içki düşkünü olmaq, namaz qılmaqdan daha müsbət əməl kimi qiymətləndirilir. Düşünürəm ki, Prezidentin bu ziyarətindən sonra bu kimi neqativ davranışların sayı azalacaq, inanclara görə insanların təqib olunması halları ortadan qaldırılacaqdır”-deyə F.Mustafa qeyd edib.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam