Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Bakı limanında lövbər salmış gəmilər şəhəri topa tuturdular”

 

Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü, tarixçi alim Harun Yılmazın BBC-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqda maraqlı məqaləsi dərc olunub.
 "Xeberinfo.com":   Məlumata görə, publika.az xəbər verir ki, soyqırımın 97-ci ildönümü olduğunu vurğulayan H. Yılmaz qətliamın törədildiyi tarixi günlərə nəzər salır.


 

“1918-ci il, martın 30-u ilə 2 aprel arasında eməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı əhalisini qətliam ediblər. Qatillər azlıqda olsalar da yaxşı silahlanmışdılar. Erməni və bolşevik birləşmələrinin şəhərin küçələrində atəş açdıqları bir vaxtda bolşeviklərin nəzarətində olan Bakı limanında lövbər salmış gəmilər şəhərin müsəlmanlar yaşayan məhəllələrini dənizdən topa tuturdular. Şəhərin müsəlman hissəsi talan edildi və yandırıldı. Bu kütləvi qırğın minlərlə azərbaycanlının canlarını xilas etmək üçün Bakını tərk etməsi ilə tammiqyaslı etnik təmizləməyə çevrildi. Azərbaycanlılar öz vətənlərində qaçqına çevrilmişdilər. 1918-ci ilin bütün yazı və yayı ərzində onlar ölkə ərazisinə səpələndilər. Şəhərdəki Britaniya və İran konsulluqları burada ermənilər və bolşeviklər tərəfindən törədilən etnik təmizləmənin şahidi olub və qeydiyyatını aparıblar”, - deyə tarixçi alim məqaləsində qeyd edir.

 

Onun sözlərinə görə, tezliklə müsəlmanların Bakıda qətliam edilməsi xəbəri Türkiyəyə, İrana və Mərkəzi Asiyaya çatdı və buradakı ictimaiyyət arasında hiddət doğurdu: “Kütləvi qırğınlar dörd gün dörd gecə sürsə də qətllər növbəti aylar ərzində də davam etdi. Azərbaycanlıların qətliamı tək Bakı ilə məhdudlaşmadı. Erməni bandaları həm də Bakının yaxınlığındakı kəndlərə və şəhərlərə hücum etdi, ətraf əraziləri aylar ərzində terrora məruz qoydular. Yalnız 1918-ci ilin sentyabrında, müzəffər Qafqaz Müsəlman Ordusunun (Osmanlı - türk nizami ordusu və Azərbaycan səfərbərlərinin birləşməsi) piyadaları, artilleriya və süvariləri şəhəri geri aldıqdan sonra minlərlə müsəlmanın Bakıdakı evlərinə qayıtması mümkün oldu”.

 

H. Yılmaz mart günlərinin qeyd olunması o günlərin qəm və kədərinin, habelə qurbanların yad edilməsi üçün mühüm olduğunu hesab edir: “Lakin bununla belə 1918-ci ilin mart günləri o vaxt heç də təkcə 11 min günahsız azərbaycanlının qətliam edildiyinə görə mühüm deyil. Çünki mart günləri təkcə müsəlman azərbaycanlıların öz doğma şəhərlərində etnik təmizləməyə məruz qalması zamanı deyil, həm də müstəqil Azərbaycan üçün mübarizə aparan və Azərbaycanın ziyalı və vətənpərvərlərini birləşdirən Müsavat siyasi partiyası üzərinə hücum zamanı olub. Artıq 1918-ci ilədək Müsavat güclü siyasi təşkilat kimi Bakıdakı azərbaycanlıların güclü dəstəyinə malik idi. Bolşeviklər və ermənilər Müsavatı bu regionda özlərinin əsas rəqibi hesab edirdilər. Minlərlə günahsız azərbaycanlının Bakıda qətliam edilməsi siyasi məqsədlərə hesablanmışdı. Bu qətliam Azərbaycan milli hərəkatını və onun bayraqdarı olan Müsavatı kövrək bir tarixi zamanda məhv etməyə yönəlmişdi. 1918-ci ilin martındakı etnik təmizləmə həm də Bakı uğrunda çarpışma idi.

 

Ruslar, ermənilər və britaniyalılar Bakını Azərbaycan xalqının, onun ölkəsinin bir parçası kimi tanımırdılar. Bu düşüncənin arxasındakı ən böyük səbəb yəqin ki, şəhər və onun ətrafındakı neft mədənləri idi. Bu, yerli xalqa buraxılacaq bir sərvət sayılmırdı. Məhz buna görə də bolşeviklərin erməni başçısı Stepan Şaumyan demişdi: “Müsavat muxtar Azərbaycan istəyir, lakin onun qisməti kütləvi xarabalıqlar olacaq”.
 

Bura Bakı xanlığının paytaxtı, ucqar bir liman idi. Bakısız Azərbaycan üçün gələcək yox idi. Başqa sözlə, 1918-ci ilin mart ayında bu etnik təmizləmə müstəqil Azərbaycanın qarşısını almaq üçün törədildi”.

 

Tarixçi alim qeyd edir ki, mart günləri başqa bir səbəbdən də yad edilməlidir.

 

“Hər bir xalqın tarixində mühüm anlar olur. Biz onları dönüş nöqtəsi və ya məhək daşı adlandırırıq. Belə anlar güclü hisslər və emosiyalar yarada bilir. Bunlar bayram günləri də, matəm günləri də ola bilər, lakin onları bir xüsusiyyət birləşdirir: xalqa təsir gücü. Belə anlarda fərdlər özlərini həmişə olduğundan daha çox bir vücudun, millətin üzvləri kimi hiss edirlər. Hərbi qələbələr, istiqlaliyyət günləri, birləşmələr adətən bayram kimi qeyd edilir. Buna misal olaraq Birtləşmiş Ştatların Britaniyadan müstəqillik qazandığı, yarım əsrlik parçalanmadan sonra Almaniyanın birləşdiyi və müttəfiqlərin nasist Almaniyası və onun müttəfiqləri üzərində qələbə qazandıqları günləri göstərmək olar. Kədərli dönüş məqamları da çox mühümdür və onlar hər bir ölkədə qeyd edilir. 1941-ci ildə yaponların Pirl Harbor körfəzinə qəfil hücumu amerikalıları, minlərlə insanın həyatına son qoymuş Qolodomor (1932-1933-cü ildə süni yaradılmış qıtlıq nəticəsində baş vermiş aclıq) ukraynalıları birləşdirən ağır məqamlar olmuşdur. 1915-ci ildə Qalipoli və Dardanelin müdafiəsi zamanı ölənlərin kədəri də türkləri beləcə birləşdirir. Belə anlar dönüş nöqtəsi və ya məhək daşı sayılır, çünki onlar insanların bir-birlərini bir ailə kimi görməsinə imkan verir. Belə günlər kütlələr arasında milli şüuru artırır. 1918-ci ilin martı Azərbaycan xalqı üçün dönüş nöqtəsi olub. Bu, azərbaycanlıların Pirl Harboru, Qolodomoru və ya Dardanelidir. Bu, Azərbaycan xalqının oyanışı və silkənişi zamanıdır. Məhz bu səbəbdən də həmin ilin sentyabrında ilk Azərbaycan parlamentinin üzərində üçrəngli bayraq qaldırılanda onu bütün xalq alqışlamışdı. Parlament açılanda onun qonşuluğundakı Müsəlman Xeyriyyə Cəmiyyətinin (Azərbaycan Elmlər Akademiyası) və “Kaspi” qəzetlərinin binaları xarabalıq idi, çünki ötən mart ayında yandırılmışdı. İlk parlament açılanda evlərindən çıxan minlərlə azərbaycanlı bombardman edilmiş “Təzəpir” məscidinin yanından keçib Milli Məclisin binası qarşısında şənliyə qoşuldu.

 

Bu, azərbaycanlıların 5 ay əvvəl mart günlərində məruz qaldıqları iztirabın sevincli sonluğu idi. Kütləvi qırğın, dağıntı və didərginlik milləti birləşdirmişdi. Məhz buna görə də 1918-1919-cu ilin sonrakı aylarında Qarabağ münaqişəsi başlayanda Lənkərandan, Qubadan, Gəncədən Bakıyadək bütün xalq parlament və milli hökumətin arxasında fəxrlə birləşmişdi”, - deyə H. Yılmaz məqaləsində vurğulayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam