Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistan rejimindən yaxa qurtarmaq istəyənlər Azərbaycana gəlməyə çalışacaqlar”

 

Hərbi ekspertdən İsa Qəmbərin “Peşmanlıq Qanunu” təklifinə dəstək 

 

"Xeberinfo.com":  “Mən də Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hörmətli İsa Qəmbərin Azərbaycan tərəfə keçmiş əsgərlə bağlı söylədiyi fikirləri dəstəkləyirəm və düşünürəm ki, Milli Məclis də bu işdə öz sözünü deməlidir. Biz mütləq mənada gələcəkdə könüllü surətdə bizim tərəfə keçənlər üçün, xüsusən Qarabağ erməniləri üçün “Peşmanlıq Qanunu” qəbul etməliyik”. 
Hərbi ekspert Üzeyir Cəfərov bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Qarabağ erməniləri üçün “Peşmanlıq Qanunu” qəbul etməklə bağlı təklifinimusavat.com-a şərh edərkən bildirdi. 
Ehtiyatda olan polkovnik-leytenantın sözlərinə görə, bu qanunla bağlı həm media, həm rəsmilər və ictimaiyyət tərəfindən geniş şəkildə izahat işləri aparmaq lazımdır: “Hər addımda bizə dost və qardaş olan Türkiyə təcrübəsinə müraciət edən rəsmilər də unutmamalıdırlar ki, “Peşmanlıq Yasası” rəsmi Ankara tərəfindən geniş tətbiq olunur və terrorçu PKK təşkilatının sıralarından könüllü olaraq qaçıb, dövlətə sığınanların himayəsini, cəzalarının, yaxud da cəzasızlıqlarının dərəcəsini müəyyənləşdirir. 
Məhz bu qanunun tətbiqindən sonra PKK sıralarından minlərlə gənc qaçaraq, dövlətə sığınma şansı əldə edib. Mənə də elə gəlir ki, Ermənistan rəhbərliyinin ən çox qorxduğu məqamlardan biri də məhz belə bir qanunun Azərbaycanda qəbul olunması variantıdır ki, ondan sonra kütləvi də olmasa, yəqin ki, Ermənistan rejimindən yaxa qurtarmaq istəyənlər Azərbaycana gəlmək istəyəcəklər. Bu da çox önəmli məqamlardan biridir. Buna elə adi bir məsələ kimi baxmaq düzgün olmaz. Qanunvericilik bazası olandan sonra vəziyyətdə müsbətə doğru mütləq mənada dəyişiklik olmasını düşünürəm”.
Ü.Cəfərov martın 22-də Azərbaycan tərəfə keçmiş erməni əsgər Andranik Qriqoryanla bağlı son günlər bir-birinin ardınca yayılan xəbərlərə də diqqət çəkdi: “Ermənistanda bu hadisə o qədər qıcıq yaradıb ki, bədbəxt əsgərin az qala nəslini polis idarəsinə dartıb aparırlar və deyirlər sizin oğlunuz bizi biabır edib. Əgər ən sonuncu xəbərə inansaq, erməni siyasi və hərbi rəhbərliyi Qriqoryanın atasını müvəqqəti də olsa həbs edib ki, bu minvalla Bakıya gətirilmiş əsgərə təsir və təzyiq göstərsin. Ancaq ermənilərin cəhdlərinin heç bir effekti olmayacaq və tezliklə hadisələr öz məcrasına düşəcək. İndiki halda həm cinayətkar Ermənistan prezidenti Serj Sərkisyan və onun kimi qatı cinayətkar müdafiə naziri Seyran Ohanyan özlərini sığortalamaq və baş vermiş rüsvayçı hadisəyə görə vəziyyətdən təcili çıxış yolu kimi əsgərin ailəsini günahlandırmağa başlayıblar.
 Əsl həqiqəti isə əsgərin anası artıq olduğu kimi söyləyib. Erməni əsgəri orada olan əzab-əziyyətdən canını qurtarmaq üçün Azərbaycan tərəfinə keçib”. Hərbi ekspert deyir ki, biz də bu faktdan son dərəcə ağıllı istifadə etməliyik: “Məni bir qədər müdafiə nazirliyimizin Qriqoryanla bağlı ard-arda verdiyi məlumatlar narahat edir. Hesab edirəm ki, bu qədər geniş açıqlamalara da heç bir ehtiyac yoxdur. “Onun səhhəti yaxşıdır, saxlanma şəraiti elədir, belədir”... Allah göstərməsin sabah onun başına tam təsadüf nəticəsində bir hadisə gəlsə və ya o özünü öldürsə, MN-i ölkəyə ola biləcək basqıları təsəvvürünə gətirə bilirmi? Olmaz elə şeyləri etmək. Bu bizim MN-nin deyil, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzərinə düşən vəzifələrdir. Bir də mən də o fikirlə razıyam ki, onu hərbi əsr kimi təqdim etmək qətiyyən düzgün deyil. Belə kobud səhvlərə yol vermək olmaz. Qriqoryan növbə çəkdiyi postu atıb, ağ bayraq qaldırıb və könüllü olaraq Azərbaycan tərəfə keçib. Belə hərbçiyə bildiyim qədər fərari və ya daha ağır formada “dezertir” deyilir ki, bu da tamamilə fərqli hüquqi anlayışdır”. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam