Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Möhtəşəm caz konserti keçirildi - Beynəlxalq Muğam Mərkəzində

Konsertdə caz üslubunda Azərbaycan xalq kompozisiyaları və müasir caz əsərləri ifa edilib.

 

Yenixeber.org: Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın məşhur caz ifaçısı Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş “Baku Sound” adlı konsert gecəsi baş tutub.

AzNews.az xəbər verir ki, konsertdə Təranə Mahmudova ilə birlikdə məşhur caz ulduzu Linley Marte (Fransa), məşhur zərb ustası, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadə çıxış ediblər.

Linley Marte ekzotik Mavriki adasında anadan olub. Onun Afrika və Hindistan ritmləri ilə dolu coşğun, məharətli ifası, nadir ritm hissi və fantastik texnikası bas gitara üçün ən yüksək müasir ifaçılıq zirvələrini fəth etmişdir. O, öz yaradıcılığında François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi məşhur musiqiçilərlə əməkdaşlıq etmişdir.

Konsertdə caz üslubunda Azərbaycan xalq kompozisiyaları və müasir caz əsərləri ifa edilib.

Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Noyabrın 30-da saat 19:00-da Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində şair, publisist Vəfa Zeynalın 80 illik yubiley gecəsi keçiriləcək.

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam