Xəbər verdiyimiz kimi, aktyor Necati Şaşmaz və Nagehan Kaşıkçının ayrılmaları haqda xəbərlər yayılmışdı.

Yenixeber.org: İkili ötən gün oğulları Ali Nadiri məktəbə apararkən görüntülənib. 6 ildir ailəli olan cütlüyün xoşbəxt halları diqqətdən qaçmayıb. Aktyor bur neçə gün əvvəl yayılan xəbərlərə açıqlama olaraq bu sözləri deyib:

 

“İddialar gerçək deyil. Çəkiləcəyim serialdan əvvəl bu cür xəbərlərin yayılması normaldır”.

Qeyd edək ki, Necati və Nagehan 2012-ci ildə ailə qurub. 2013-cü ildə isə övladları dünyaya gəlib.