Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması məsələsi əməlli-başlı qalmaqala çevrildi
Yenixeber.org: Nazpəri öünü rüsvay edib.
Belə ki, xalq artistinin paylaşımına görə, onun “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.
N.Dostəliyevanın elmi dərəcə alması sosial şəbəkədə müzakirələrə səbəb olub. Sənət dostları xalq artistini təbrik edib, bəzi şəbəkə izləyiciləri isə onun alim adı almasına istehza ilə yanaşıblar.
Ali Attestasiya Komissiyanın aparat rəhbəri Arif Quliyev isə lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib.
Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb, o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov saytımıza deyib ki, saxta sənəd qalmaqallı ilə bağlı onlara müraciət olunmayıb:
“Bizə nə komissiyadan, nə də Nazpəri xanım tərəfindən müraciət olunmayıb. Mətbuatda gedən xəbərlərdən məlumatlıyıq, araşdırıb, geniş açıqlama verəcəyik”.
Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a deyib ki, bu hadisə müxtəlif motivlidir: “Nazpəri Dostəliyeva həmin idarədən gizli yolla, prosedur qaydalarını pozmaqla saxta sənəd düzəltdiribsə, istintaqa cəlb olunacaq.
Bilə-bilə saxta sənəddən istifadə edibsə, onu 1 ilə qədər həbs cəzası gözləyir. Saxta sənəd düzəltdirib ondan istifadə etməyibsə, bu, məsuliyyət yaratmır.
Saxta olduğunu bilərək sosial şəbəkədə paylaşıb, gündəmə gəlibsə, istintaq bunu özünə nüfuz qazandırmaq üçün saxta sənəddən istifadə kimi qiymətləndirə bilər. Birinci bənddə 3 il, ikinci bənddə 8 ilə qədər azadlıqdan məhrum etmə maddəsi var.
Nazpəri qeyri-ciddi açıqlama verib. Müğənni bildirib ki, o, “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır:
“Hələ ki, fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram”.
Müğənni növbəti dəfə verdiyi açıqlama ilə özünü bir daha qeyri-ciddi duruma salıb. Belə ki, Dostəliyevanın köməkçisi bildirmişdi ki, sənətçi xarici səfərdədir.
Nazpəri isə bir neçə saat sonra verdiyi açıqlamada Şamaxıda olduğunu söyləyib. Üstəgəl xalq artistinə sual verən jurnalist və ya onun özü deyə bilməyib ki, bəs onun fəlsəfə doktoru olmasını göstərən sənədin arayışı haradan əmələ gəlib.
Müğənninin köməkçisi N. Dostəliyevanı tənqid edənlərə cavab verib: “Burada qəbahət nə var? Nazpəri xanım 10 ildərn artıqdır ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərir.
İki ildən çox bir zamanda alimlik dərəcəsini almaq üçün çalışıb. O, şirvanlı müğənnidir, aşıq ailəsində böyüyüb. Müdafiə işi də saz sənəti ilə bağlıdır. Saz sənəti barədə onun elmi iş yazması normal bir şeydir.
Müğənnilərdən Nüşabə Ələsgərli, Lalə Məmmədova da elmi dərəcə alıb. Xalq artistidir, burada şişirdiləsi nə var? Tənqid edənlər Nazpəri xanımı istəməyənlərdir, düşmənlərdir.
Dost olan şəxslər belə etməz. Fotonu silməsinə səbəb isə güman ki, yazan boşboğazlara cavab verməmək istəyidir. İnsan sevincini paylaşır, amma ağızlarına gələni yazırlar”.(palitika.az)