Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xalq artisti xalq artistindən 300 min istəyir -O da məhkəməyə verdi

 

Ramiz Məleykədən 300 min istəyir

 

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı qaldırdığı təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib.

R.Məlikin iddiası icraata qəbul edilib.

Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb: “Məleykə xanım deyib ki, Ramiz Məlik onun validyenlərinin qəbri üstündə diz çöküb üzr istəsə, onu bağışlayacaq”.

Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib: “Mən geyindiyi şortikə görə özünə yazıb irad bildirmişəm. Bunu da teatrın adına söz gəlməməsi üçün etmişəm. Sonra Məleykə evə zəng edərək yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq və məni təhqir edib. Mən artıq bu məsələyə son qoyulmasını istəyirəm”.

Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təhqir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.(qafqazinfo)

 

Murad Əhməd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam