Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Talıb Tale qazandığı avtomobillə ata evində

Talıb Tale qazandığı avtomobillə ata evində

 

Ötən gün “Xanımlar və cənablar” devizi ilə başlayan “Maşın” realiti şousunun final gecəsi keçirilib

Yenixeber.org: yarışmada iki gün əvvəl Talıb Talenin qalib olması barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq avtomobili Talıb Talenin qazandığını elan edib.

Qalibi açıqlamadan əvvəl Xatun Əliyeva və Talıb Tale mübarizəsinin son dəqiqələrini əks etdirən sujet yayımlanıb. X. Əliyeva əlini avtomobildən çəkərək həmkarının avtomobilə daha çox ehtiyacı olduğunu deyib: “Düşünürəm ki, məndən çox sənin avtomobilə ehtiyacın var. Özümü sınadım, amma istəsəydim, oynayardım. Bu avtomobillə atanın yanına gedərsən. Avtomobil olandan sonra evlən! Mən getdim, xeyirli olsun”.

Süjetdən sonra avtomobilin açarları T. Taleyə təqdim olunub.

Yarışmadan sonra sosial şəbəkələrdə hər kəs ifaçını birincilik münasibətilə təbrik edib.  Hətta müğənni Əlikram Bayramov Talıbın Bakıdakı evinə gedib, onun görüntülərini "Instagram"da paylaşıb. Videoda Talıb atası ilə danışdığı, sevincini onunla bölüşdüyü əks olunub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam