Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün Azərbaycan kinosunun yaranma günüdür

 

Bu gün axşam 2 Avqust - Milli Kino Günü münasibəti ilə Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək. 

"Xeberinfo.com": Mədəniyyət və Turizm Nazirliyindən Kulis.Aza verilən məlumata görə, dövlət rəsmilərinin, kinematoqrafçıların və media nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" qısametrajlı bədii filmlərin ssenari müsabiqəsinin qalibləri elan olunacaq. 

Eyni zamanda Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir. 

Bayram tədbiri bu il dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nabat" bədii filminin təqdimat mərasimi ilə başa çatacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. 

Filmdə Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol almışlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam