Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Kinostudiya Cümhuriyyətlə bağlı iki film çəkəcək-“Biri dəqiqdir, biri isə...”

Kinostudiya Cümhuriyyətlə bağlı iki film çəkəcək-

 

Yenixeber.org: Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən kimi işlər görməyi planlaşdırırlar.
 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Bu dəfə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov rəhbəri olduğu qurumun Cümhuriyyətin 100 illiyi ilə bağlı görəcəyi işlərdən danışıb:

“Bu məsələ Mədəniyyət və Turizm Nazirliyində ümumi studiyalarla birlikdə müzakirə edildi. Orada bir çox mövzular müzakirə olunub. Onlardan biri AXC dövründə Avropada təhsil alan tələbələrin həyatı haqqında film olacaq. Bilirsiniz ki, o zaman 100 tələbə ölkə xaricinə ali təhsil almağa göndərilmişdi. Onların ümumiləşdirilmiş taleyindən bəhs edən maraqlı film çəkiləcək.

İkinci film mövzusunu isə demək istəməzdim. Hələ Bədii Şuradan keçməyib.  Hər iki mövzu üzərində bu dəqiqə müzakirələr gedir. Biri-bayaq dediyim tələbələrin həyatı haqqında filmin çəkiləcəyi dəqiqdir, təsdiq olunub. İkincisi isə bədii film kimi nəzərdə tutulub. Ssenari işləri hazırlanır, müzakirələr gedir. Təsdiqini gözləyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam