Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“6 ildir işsizəm, necə dolandığımı soruşan yoxdur” -İbrahim Tatlısəs

“6 ildir işsizəm, necə dolandığımı soruşan yoxdur” -

 

Türkiyəli müğənni İbrahim Tatlısəs onu FETÖ ilə əlaqədə təqsirləndirənlərə İnstaqram hesabında sərt şəkildə münasibət bildirib.

Yenixeber.org:   Məlumata görə, sənətçi illərdir işsiz olduğundan, bu müddətdə onu axtarmayanlardan şikayət edib.

“Məni vuracaqları zamandan belə xəbərləri var idi. Baxıram, o zamanların polis rəhbərləri, XİN rəhbəri, prokurorları, hakimləri indi axtarışdadır. Kimi məhkəmədə mühakimə olunur, kimisi həbsxanada, kimisi də axtarışdadır. Bəs mənim günahım nə idi? Həm vuruldum, həm təyyarəmi itirdim, həm də evlərimə məhkəmə həbsi qoyuldu. 6 ildir işləmirəm, necə dolandığımı soruşan yoxdur. Mallarımın geri verilməyini istəyirəm”, - deyə müğənni üsyan edib.

Xatırladaq ki, İ. Tatlısəs 2010-cu ildə iş adamı Əhməd Özbəydən 6 milyon dəyərində təyyarə aldıqdan sonra onun çürük olduğunu görüb və geri qaytarmaq istəyib. Lakin təhvil vermə prosesi baş tutmadığından və sənətçi təyyarənin pulunu ödəmədiyindən onun villasına məhkəmə həbsi qoyularaq satılıb. Tatlısəs məhkəməyə müraciət edib satışın ləğvini istəsə də, tələbi rədd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam