Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanın “Eurovision-2017” mahnısı -VİDEO

Azərbaycanı «Eurovision 2017» mahnı müsabiqəsində təmsil edəcək mahnı və klip açıqlanıb.

Yenixeber.org:   Klip müsabiqənin rəsmi saytına yerləşdirilib.

Sayt mahnının adının «Skeletons» (Skeletlər) olduğunu yazır.

Mahnının müəllifləri bəstəkarlar İsa Məlikov və Sandra Bjurman-dır. Onlar 2011-ci ildə Azərbaycana «Eurovision»da qələbə qazandıran ifaçılarla—Eldar Qasımov və Nigar Camalla və digər iştirakçılarla işləyiblər.

Bu il Azərbaycanın adından müsabiqədə 27 yaşlı caz ifaçısı Diana Hacıyeva çıxış edəcək. Səhnə adı «DiHaj» olan D.Hacıyeva yerli «Dihaj» qrupunun üzvüdür. O, Bakı Musiqi Akademiyasını bitirib, 2010-cu ildə isə musiqi təhsilini Britaniyada, Müasir Musiqi İfası İnstitutunda davam etdirib.

DiHaj «Skeletons» mahnısını əvvəl mayın 9-da—yarımfinal mərhələsində ifa edəcək. Səs toplaya bilsə, mayın 13-də final mərhələsində də səhnəyə çıxacaq.

«Eurovision» mahnı yarışması bu il Ukrayna paytaxtı Kiyevdə keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam