Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Telekanallardan "KVN"çilərə cavab

Telekanallardan “Bakılı oğlanlar”ın ittihamlarına cavab...

 

 

Şən və Hazırcavablar Klubunun (ŞHK) “Parni iz Baku” komandasının üzvlərinin oxu.az saytına verdiyi müsahibə ölkə mətbuatında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 
Xeberinfo.com:  Aktyorlar Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir və Tahir İmanovun bəzi telekanalların onlara efir qadağası qoyması və hətta konsertlərini  yayımlamaması haqda səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.  
Məsələ ilə bağlı Musavat.com telekanallarla əlaqə saxlayıb. ANS şirkətlər qrupunun mətbuat müşaviri Mayıs Məmmədov bildirib ki, “Parni iz Baku”nun konsertlərinin yayımlandığı telekanal onlara yer ayırmır:“Onların müsahibəsini oxumamışam. “Space” telekanalı onların konsertlərini efirə verdiyi üçün biz yayımlamırıq. Bir konsertin bütün telekanallar tərəfindən verilməsi düzgün deyil. Konserti bir telekanal göstərər, o biri telekanal göstərməz. Bu, böyük hadisə deyil. Onların bizdən nə isə tələb etməsi düzgün deyil. Bir telekanal göstərirsə, kifayətdir. Hamımız göstərsək, camaat özündən çıxar”.
ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu isə bildirib ki, telekanal rəhbərliyi qadağalar haqda açıqlama verməyə icazə vermir: “Bildiyim qədəri ilə telekanalımızda heç kimə qadağa yoxdur. Bizə bu məsələlərə münasibət bildirməyə icazə vermirlər”.
Xatırladaq ki, aktyorlar müsahibələrində TV rəhbərləri və nazirliklərlə bağlı bir sıra məqamların üstünü açıblar. Onlar bildiriblər ki, bəzi telekanallar onlara efir qadağası qoyub, hətta konsertləri də yayımlanmır.  
Tahir İmanov “Space” televiziyasını və TV-nin rəhbəri Vaqif Mustafayevi ittiham edib. Aktyorun sözlərinə görə, problemlər son layihələri olan ölkənin aparıcı yumoristlərinin yığıldığı “Gülüş yığması” layihəsinin buraxıldığı andan başlayıb: “Orada “Hit-parad” rubrikası var. Rubrikadakı musiqili nömrədə əsas qəhrəmanlardan biri polis idi. Mən yayım zamanı musiqili nömrədə bu hissənin kəsildiyini gördüm. Həm də elə eybəcər şəkildə kəsmişdilər ki, bütün çıxış çox qeyri-peşəkar görünürdü. Vaqif Mustafayev başda olmaqla, telekanalın rəhbərliyi məni dəvət etdilər. Mənə dedilər ki, “polisləri tənqid etmək olmaz”. 
T.İmanovun sözlərinə görə, TV rəhbərliyi onları polislərin imicinə xələl gətirməkdə suçlayıb və məhz buna görə də sözügedən hissələr video-çarxdan silinib. 
Onlar daha sonra ATV-yə üz tutublar. Lakin onlar burada daha böyük “sürpriz”lə qarşılaşıblar: “Dedilər ki, polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz. Bizə bəyan etdilər ki, siz vergiləri tənqid edirsiz, bizə ya yoxlama göndərirlər, ya da ki, bu və ya digər nazir zəng edib, hədələyir”. 
Aktyorlar Lider TV-də və ANS-də də onlara qadağa qoyulduğunu  vurğulayıblar: “Lider TV-də biz 2003-cü ildən konkret olaraq qadağan edilmişik, ANS-də isə formatımızın onlara uyğun olmadığını dedilər. Bu telekanallara bizim üçün giriş qadağandır”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam