Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-dən daha bir şikayət

 

ANS telekanalının ən təcrübəli əməkdaşlarından olan Aytən Səfərova bu gün yenə efirə çıxmayıb. 

"Xeberinfo.com":  Məlumata görə,  “Salam Azərbaycan” verilişinin aparıcısı işlədiyi şirkətdə ona qarşı basqılardan şikayətçidir. Bu haqda məşhur xanım telejurnalist özü sosial şəbəkədə status paylaşıb:

 

“Allah mənə səbir və bəzilərinə qarşı güclü immunitet versin. Bezmişəm. Yorulmuşam. Nə qədər təpki olar?”

 

Aytən Səfərovanın statusu sosial şəbəkədə əməlli başlı müzakirəyə səbəb olub. Əksər şərh yazanlar telejurnalistə sevgisini bildirib.

 

İzləyiciləri ilə fikir mübadiləsi aparan Aytən Səfərova xaraktercə dəyişməz olduğunu və kimsəyə görə fikrindən dönməyəcəyini bildirib.

 

Digər diqqətçəkən məqam isə Babayev adlı istifadəçinin “Aytən, nə  edirsən et, ANS-dən getmə” şərhinə Səfərovanın cavabı olub. Belə ki, aparıcı bu xahişə “...” işarəsi qoymaqla kifayətlənib.

 

Aytən Səfərovanın statusu və həmin işarəsi onun bu gün aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişinin efirinə çıxmamasının səbəbini izah edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam