Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni TV yayım standartı işə salınır

 

Azərbaycanda “HTTP Live Streaming” (HLS) yeni yayım standartı tətbiq edilir.

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
HLS protokolu “Apple” şirkətinin yaratdığı “media streaming” əsaslı adaptiv axın protokoludur. Bu, “Apple”in köhnə protokolunu əvəz edir. Yeni servis yaxın günlərdə Azərbaycanda kommersiya istismarına veriləcək.
HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq. Bu, HLS-i bazarda əsasən mobil qurğular (planşetlər və smartfonlar) üçün nəzərdə tutulan OTT (Over-The-Top) texnologiyasından fərqləndirir.
HLS protokolunun üstünlüyü ondan ibarətdir ki, TV paketə internetin (internet xidmətinin tədarükçüsündən asılı olmayaraq) olduğu istənilən yerdən girmək mümkündür.
HLS-in daha bir vacib kriteriyası adaptiv yayımın olmasıdır. Yəni kanalın yüklənməsindən asılı olmayaraq video axının sürəti saniyədə 300 kilobitdən 1,2 meqabitədək dəyişəcək ki, bu da yayım formatından asılı olmayaraq, TV kontentin verilişinin keyfiyyətini təmin edəcək.
İstifadəçilər bir neçə TV paketdən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox arasında dəyişəcək. Abonent haqqı 9 manatı ötməyəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam