Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Gömrükdəki Nehrəm klanının siyahısı yayıldı-FAKT

 

Gömrükdəki Nehrəm klanının siyahısı yayıldı

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin təxminən yarısının doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir.

Yenixeber.org: Komitənin rəsmi saytında yer alan məlumatlara istinadən bildirilir ki, sədr, onun müavinləri və aparata daxil olan idarə rəislərinin 47%-i Naxçıvan Müxtar Respublikasında doğulublar.

Məlumat üçün bildirək ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir. Sədr də daxil olmaqla Komitənin qeyd olunan vəzifəli şəxslərinin 17%-i və ya 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olublar. Bundan başqa Gömrük Komitəsi sədrinin 5 müavinindən 3-ü və ya 60%-i Naxçıvanda doğulublar. Eyni zamanda Komitə rəhbərliyində yer alan və general rütbəsi daşıyan şəxslərin də 62,5%- nin və ya 5 nəfərin Naxçıvanda doğulduğu qeyd olunur.

Onu da bildirək ki, Naxçıvan Müxtar Respublikasının əhalisi ölkənin ümumi əhalisinin 4,6%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin Naxçıvanda doğulan vəzifəli şəxslərinin tam siyahısı:

1.  Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub

2.  Hüseynov İsmayil Xəlil oğlu -  Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.

3.  Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

4.  Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

5.  Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

6.  Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.

7.  Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik -  1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.

8.  Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor -  1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

9.  Nüsrət Qurbanov Qənbər oğlu - İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi,polkovnik - 15 aprel 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.

10.  Novruzov Qulu Novruz oğlu  - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, polkovnik - 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun  Nehrəm kəndində anadan olub.

11.  Zalov Rəşad Oruc oğlu - Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik - 18 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

12.  Fərzəliyev Dilavər Məmməd oğlu - Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik -  1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub.

13. Axundov Natiq Sabir oğlu - Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olub.

14.  Muxtarov Sənan Əli oğlu - Hüquq Təminatı İdarəsinin rəisi, polkovnik - 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində anadan olub.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam