Azərbaycanda yüksək vəzifədə olan məmur uşaqları:kim, hansı vəzifədə? – Siyahı
Yenixeber.org: Ötən gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov özünə yeni vitse-prezident təyin etdi. Ənənədən kənara çıxmayan bir təyinat oldu. Yəni bu vəzifəyə hər hansı intellektual gənc deyil, yüksək vəzifəli məmur övladı – 30 ilə yaxındır Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun kiçik oğlunu təyin etdi.
Qeyd etdiyimiz kimi, ənənə pozulmadı. Artıq illərdir ki, “əl-əli yuyar əl də üzü” prinsipi ilə yaşayan, bunu dövlət idarəçiliyinə daşıyan məmurlar bir-birlərinin yaxın qohumlarını yüksək vəzifəyə təyin edirlər. Yəni yaxın zamanlarda V. Talıbovun bu “jest”ə cavabsız qalmayacağı, E. Rüstəmovun hər hansı qohumuna vəzifə verəcəyi gözlənilməz deyil.
Zaman-zaman yüksək vəzifə tutan məmurların yüksək vəzifəyə təyin olunan övladları ilə bağlı siyahılar hazırlanıb. Hazırda vəzifədə olan məmur övladlarının yenilənmiş siyahısını təqdim edirik. Axı ilbəil onların vəzifələri böyüyür və zirvəyə doğru ucalırlar...
Elə Vasif Talıbovdan başlayaq: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov dünən Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti təyin edilib. Vasif Talıbovun böyük oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində təmsil olunur.
- Baş nazir Novruz Məmmədovun oğlu polis polkovnik-leytenantı İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisidir.
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavinidir.
- Baş nazirin müavini Əli Həsənovun yeganə oğlu Emin Həsənov Binəqədi Rayon Polis İdarəsinin rəis müavinidir.
- Daxili İşlər Naziri Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır. Nazirin digər oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
- Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri kimi fəaliyyət göstərir. O, bu vəzifəyə ötən il təyin olunub.
- Baş nazirin müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubov 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
- Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri – Orxan Əhmədov prokurorluq sistemində işləyir. Oğlu Fikrət Əhmədov 2014-cü ildən indiyədək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır. Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.
- Prezident Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğlu Pərviz Şahbazov Azərbaycanın energetika naziridir.
- Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədov isə hazırda Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışır.
- Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla paralel o, 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Həmçinin "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1″in "Qran Pri" yarışının təşkilatçısıdır.
- Mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Londonda məşhur “Sotheby s” hərrac evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.
- Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun keçmiş prezidentidir. O, həm də “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin sədridir.
- Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad AbdullayevTürkiyədə fəaliyyət göstərən “İNDEX” təşkilatına rəhbərlik edir.
- Millət vəkili İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. Deputatın digər oğlu Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi vəzifəsindədir. Bundan öncə o, 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.
- Millət vəkili Elman Məmmədovun oğlu Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
- Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu da polis rəisidir. Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışır.
- Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir...

(yenisabah)