Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRƏVANDAKI YENİ HAKİMİYYƏTİN DAVRANIŞI MOSKVANI QICIQLANDIRIR –"Kommersant" qəzeti:"Ermənistan KTMT-dən qopur"

“Komersant”

 

Yenixeber.org: Ermənistanın hazırkı hakimiyyətinin sabiq rəhbərlərini təqib etməsi Moskva və Yerevan arasındakı münasibətlərdə nifaq yaradıb və tərəfləri daha çox küsdürə bilər. “Kommersant”ın Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələrə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsi xüsusən qıcıq doğurub. Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edib və KTMT-yə digər ölkə nümayəndəsinin rəhbərlik etməsinə gətirib çıxaracağı istisna edilmir. Üstəlik, əvvəlcədən razılaşdırılmış Ermənistana 100 milyon dollar dəyərində silah göndərilməsi məsələsi sual altında qalıb.

 

Moskvaya deyirlər: “Narahat olmayın”

 

Çərşənbə günü Ermənistanın Xarici İşlər Nazirliyi Moskvanın Ermənistanın yeni hakimiyyətinin hərəkətlərinə dair tənqidinə təpki verib. XİN-in sözçüsü Tiqran Balayan bildirib: “Biz hökumətin daxili siyasətinin prioritetləri olan hüquqi dövlət, müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə ilə müşahidə edilən Ermənistandakı daxili proseslərlə bağlı beynəlxalq reaksiyaları izləyirik. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya müttəfiq əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, KTMT və Aİİ çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı İrəvana ünvanlanmış alışılmamış sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, son günlərdə yaşanan hadisələr ” siyasi motivlərlərlə sələflərinin təqibini təşkil etmək niyyəti olmaması barədə Ermənistanın yeni rəhbərliyinin son bəyanatlarına ziddir”. ” Ermənistanda baş verənlər ən azı MDB məkanında təşkilatların normal iş vəzifələri baxımından maraqlandırmaya bilməz “, – deyən Sergey Lavrov əlavə edib ki, son günlərdə Rusiya Federasiyasının nümayəndələri “dəfələrlə Ermənistan rəhbərliyinə öz narahatlıqlarını çatdırıblar”.

Moskvanın qıcıqlanması Nikol Paşinyan hökumətinin təşviqi ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyalarının zorakılıqla dağıdılması işi üzrə icraatın hissəsi kimi keçmiş yüksək vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi səbəb olub.

Xatırladaq ki, 2010-cu ildə Ermənistanın indiki baş naziri iğtişaşları təşkil etmək ittihamı ilə həbs edilib. 2008-ci ildə İndi o, barrikadaların digər tərəfdə olan və aksiyaların dağıdılmasına bais olanların, o cümlədən eks-prezident Robert Koçaryan və KTMT baş katibi Yuri Xaçaturovun ədalətə təslim edilməsini tələb edir. Onlara “Dövlət hakimiyyətinin qəsb edilməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Robert Koçaryan iyulun 27-də həbs edilib. Çərşənbə günü onun ofisinin rəhbəri Viktor Soqomyan keçmiş prezidentin İrəvanda həbs saxlanıldığı və yalnız vəkillərin onunla görüşünə icazə verildiyini “Kommersant” a bildirib. “K”-nın müsahibi əmindir ki, şefinə qarşı ittihamlar siyasi motivlidir. “2008-ci ilin 1 mart hadisələrinin ciddi araşdırmaya ehtiyacı var. Cəmiyyət əmin olmalıdır ki, o zaman nə baş verib və on nəfər, o cümlədən 2 polis və 8 mülki şəxs həlak olub. Ancaq indi baş verənlər bu cinayətlərin araşdırılması ilə heç bir əlaqəsi yoxdur”.

Victor Soqomyanın fikrincə, eks-prezidentin təqibi Robert Köçaryanın “qarşıdakı seçki proseslərində iştirak etmək üçün yaxşı imkanlara malik olması ilə” bağlıdır. “Onun prezidentliyi dövründə iqtisadiyyat böyüyürdü, xarici borc azalırdı, xalq bunu xatırlayır”.

Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin yazında keçirilməlidir.

ardı var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam