Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Erməni ordusunda xaos:Narkoman zabitlər, müəmmalı əsgər ölümü - (VİDEO)

Erməni ordusunda xaos: Narkoman zabitlər, müəmmalı əsgər ölümü - (VİDEO)
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları baş nazir Nikol Paşinyandan onların övladlarının ölümünün əsl səbəblərini araşdırmağı tələb edirlər.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, xüsusən də Tavuş rayonunun Mehrab kəndindəki hərbi hissədə ölmüş əsgərlərin cinayət işi şübhə doğurur.
Hökumətdən ədalətli istintaq tələb edən anaların əksəriyyəti oğulları Mehrabda hərbi xidmət keçənlərdir.

2018-ci ilin mayın 6-da həmin hərbi hissədə cəmi 10 ay xidmət keçən əsgər Levon Torosyan ölü tapılıb. Onun ailəsinə bildirilib ki, Torosyan intihar edib. Lakin anası Armenui Poqosyan bu versiyanın yalan olduğunu deyir. Çünki oğlunun ölümündən cəmi 26 dəqiqə əvvəl onunla telefonda danışıb və Torosyan yaxşı olduğunu bildirib.

Armenui vurğulayıb ki, tibbi ekspertiza nəticəsində Levonun bədənində, xüsusən də cinsiyyət orqanında təcavüz əlamətləri aşkarlanıb. İstintaq müəyyən edib ki,Torosyan özünü "Kalaşnikov"la öldürüb. Lakin ölmüş əsgərin anası bunun yalan olduğunu söyləyib:

“Kim görüb ki, insan özü-özünə pulemyot silahını tuşlaya bilsin və bu zaman bədəni hərəkətsiz qalsın? Heç silahın üzərində barmaq izləri də tapılmayıb”.



Oğlunun əsl ölüm səbəbilə heç kimin məşğul olmadığını deyən Armenui Ermənistan ordusunda hökm sürən əsl vəziyyəti ifşa edib: “Oğlum həmişə şikayətlənirdi ki, hərbi hissədə özbaşınalıqdır. Zabitlər içki və narkotikin təsiri altında yatırlar. Əsgərlərə qarşı şiddət tətbiq edirlər. Və ölkənin sərhədlərini bu cür orduda xidmət edən bizim 18 yaşlı uşaqlarımız qoruyur.”

Ermənistan ordusundakı xaos fonunda Armenui baş nazir Paşinyandan ədalətli istintaqın aparılmasını və cinayətkarların tezliklə cəzalandırılmasının tələb edib.

Erməni KİV-ləri yazır ki, Levonun anasının dedikləri Mehrabdakı hərbi hissədə qeyri-döyüş şəraitində ölmüş digər əsgərlərin analarının dedikləri ilə üst-üstə düşür. Onların hamısına deyiblər ki, oğullarınız intihar edib. Əsgərlərin ölümü ilə bağlı 2 ildir ki, ilkin istintaq gedir, amma artıq 7-8 müstəntiq dəyişiblər və futbol topu kimi cinayət işini bir-birinə ötürüb vaxt uzadırlar.

Həmçinin qeyd olunur ki, Ermənistanın Mehrab kəndindəki hərbi hissə artıq uzun illərdir zabit özbaşınalığı rekord səviyyədə olması ilə ad çıxarıb. 2010-cu ildə orada kiçik leytenant döyülərək öldürülmüş, hətta ölümündən sonra onun cəsədi güllələnmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam