Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DİN Göyçayda karxanaları yoxladı, deputat yalançı çıxdı –Müraciət

  “Deputat Elxan Süleymanovun ətrafındakılar ölkə prezidentinə yalan məlumat veriblər. Onlar fəaliyyəti 40 il qabaq dayanmış, alman əsirləri tərəfindən 1945-ci  ildə tikilmiş, sel  nəticəsində uçan piyada körpüsünü göstərib deyiblər ki, tez zamanda pul ayrılmasa  Göyçay nəzarətdən çıxacaq.
Təbii ki, cənab prezident Göyçayın  relyefinədə  bələd  deyil və xalqın rifahı üçün 3.5 milyon vəsait ayırdı. Halbuki, həmin uçan  körpünü  bəlkə də 300 min manata təmir  elədilər”.

Yenixeber.org: Bu sözləri bir qrup göyçaylı iş adamı redaksiyamıza göndərdikləri məktubda yazıblar. Onların sözlərinə görə, deputat daha da irəli gedərək Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) şikayət  edib.

Bildirib ki, guya fəaliyyətləri dayanmış çınqıl karxanaları yenidən  fəaliyyətə başlayıblar.
Göyçay polisi həmin karxanalara baxış keçirib və E.Süleymanovun yalanı faş olub. E.Süleymanov bu dəfə Daxili İşlər Nazirliyinə rəsmi şikayət yazıb. Müraciətində karxana sahibləri ilə Göyçay polisinin əlbir olduğunu vurğulayıb.
Sahibkarlar qeyd edirlər ki, nazirlikdən gələn yoxlama da karxanalara baxış keçirib və obyektlərin işləmədiyinin şahidi  olub:
“Hətta deputatın dediyi yalan düz olsa belə, yəni Göyçay polisi karxanaların fəaliyyətinə “göz yumsa”, leysan yağışlar burda işləməyə imkan vermir.
Biz  göyçaylılar prezidentdən xahiş  edirik ki, xüsusi komissiya yaradılsın və bu işlər  aydınlaşdırılsın;
  1. E.Süleymanova məxsuz Qəbələdə yerləşən 2 karxananın fəaliyyəti  araşdırılsın.
  2. Onun tərəfindən zəbt edilən Göyçay çayının tən ortasında yerləşən torpağı ona kim satıb? Halbuki, Nazirlər Kabinetinin məlum fərmanına görə, çay və dəniz sularının içində körpüdən və dövlət əhəmiyyətli obyektlərdən başqa heç bir şey tikilə bilməz.
  3. Həmin qanunsuz zəbt edilmiş 10 hektardan çox torpaqda tikilən 10-na yaxın villaları hansı vəsaitlə tikib.
  4. Niyə Bakı İstintaq Tədricxanasında saxlanan 10-na yaxın sahibkarın işini araşdıran müstəntiqlər E.Süleymanovun qanunsuz zəbt etdiyi və tikdirdiyi villaların fəaliyyətini  araşdırmır. Bu villaların  nəticəsində Göyçay çayı öz axarını dəyişib.
5. E.Süleymanovun qohumları tərəfindən tutulan karxanaların qohumlarına  bildiriblər  ki, Elxan müəllim deyir ki, ya karxanalardan keçsinlər, ya da bığımın altından. Ondan sonra şikayətimi geri götürə bilərəm, yoxsa onları həbsdə çürüdəcəm”.Yunis/AzEuroNews.com/
Mövzu ilə bağlı deputat Elxan Süleymanovla əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfi də dinləyib mövqeyini verməyə hazırıq…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam