Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“UŞAQLAR, ƏVVƏL-AXIR BİZİM ARXAMIZCA GƏLƏCƏKSİNİZ…” –“Avropalıları “könüllü kapitulyasiya”ya məcbur etməyə çalışırlar”

“ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən ötrü Avropaya təzyiq göstərir”
 
Tramp administrasiyasının bəyanatına uyğun olaraq Vaşinqton Avropa müttəfiqlərini israrla Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırır. Ağ Ev bildirir ki, Moskvanın dezinformasiya kampaniyasının və kiber hücumlar yoluyla Qərb demokratiyasını dağıtmaq cəhdlərinin ABŞ tərəfindən qarşısının alınması səylərini onların avropalı tərəfdaşları əngəlləyir.
Yenixeber.org: Donald Trampın Kremlə qarşı yumşaq münasibətindən təəssüratlanan Amerikanın rəsmi şəxsləri bəyan edirlər ki, onlar avropalılardan kiberhücumlarda əli olan Rusiyanın “dövlət və qeyri-dövlət subyektləri”nə qarşı birgə razılaşdırılmış tədbirlərin görülməsini və həmçinin də yeni anti-korrupsiya tədbirlərinin ələ alınmasını istəyirlər.
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti bu yaxınlarda özlərinin Brüssel və Londondan olan həmkarlarına bu məsələdə təzyiq göstərmək üçün onlarla görüşəcəklər. Vaşinqton ehtiyat edir ki, İranın nüvə sövdələşməsi ilə əlaqədar və həmçinin də ABŞ-ın Avropa alüminiumu və poladına və digər mallara gömrük rüsumu qoyma planı üzündən güclənən Transatlantik fikir ayrılığından Rusiya istifadə etməyə cəhd göstərəcək.
Vaşinqtonun rəsmi nümayəndəsi “Finacial Times”-a bildirib: “Rusiyanın düşmən fəaliyyətləri ilə daha yaxşı mübarizə aparmaq üçün biz öz avropalı tərəfdaşlarımızla işləməliyik və Avropa və ABŞ arasındakı görünən istənilən fikir ayrılığından Moskvanın istifadə etməsinə imkan verməməliyik”.
Amerika-Rusiya siyasətinin formalaşdırılmasında iştirak edən konqresmenlərin köməkçilərindən biri deyib ki, yəqin Avropa dövlətləri Amerikanın nisbətən aşağı ranqlı nümayəndələriylə görüşəcəklərindən məyus qalacaqlar. Amma həmin bu nümayəndələr dövlət katibi Mayk Pompeo tərəfindən kifayət qədər dəstəklənilirlər. ABŞ dəfələrlə bütün istiqamətlərdəki siysəti ilə (iqlim dəyişikliyindən tutmuş İran məsələsinə kimi) avropalı müttəfiqlərini qıcıqlandırıb. Konqresmenin köməkçisi daha sonra deyib Avropanı birlikdə “top oynamağa” inandırmaq ABŞ üçün çox çətin olacaq.
Avropa Birliyi perspektivdə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək məsələsində iki yerə parçalanıb. Bəzi ölkələr aprel ayında Vaşinqtonun gördüyü tədbirlərdən bərk qəzəbləniblər. Həmin sanksiyalar bir sıra rusiyalı oliqarxı hədəf alıb. Avropalılar onlarla biznes aparırlar və bu addımlar sərmayə qoyuluşuna neqativ təsir edir.
ABŞ prezidentinin Moskvaya münasibətdə ikili mövqe tutmağına baxmayaraq, Tramp administrasiyası bütün gücü ilə göstərmək istəyir ki, onlar Rusiya tərəfindən gələn təhlükəni ciddi qəbul edirlər.
Xüsusi işlər üzrə prokuror Robert Müllerin rəhbərlik etdiyi təhqiqat Trampın seçki kampaniyasının gedişində Rusiyanın müdaxiləsini müəyyənləşdirməyə çalışır. ABŞ prezidenti isə bütün bunları “cadugər ovu”na çıxmaq adlandırır.
“Finacial Times”ın əldə etdiyi daxili sənədlərə görə Trampın prezidentliyə başladığı vaxtdan indiyədək Ağ Ev administrasiyası Rusiya ilə bağlı 205 sanksiya tətbiq edib. Hətta baxmayaraq ki, keçən ay məmurlar gözlənilən sonuncu sanksiyalar raundunu ləğv ediblər.
Avropalı diplomatlar etiraf ediblər ki, Avropa Birliyi ölkələri ABŞ-ın Moskvaya qarşı aqressiv yanaşması ilə ayaqlaşa bilməzlər. Avropa diplomatlarından biri əlavə edərək deyib: ”Mən indi böyük potensial görmürəm, Avropa hədsiz parçalanmış haldadır”.
Köhnə dünyanın diplomatik korpusunun daha bir nümayədəsi qeyd edib: ”Amerikanlar avropalıları “könüllü kapitulyasiya”ya məcbur etməyə çalışırlar. Onlar deyirlər ki, “uşaqlar, əvvəl-axır siz bizim arxamızca gələcəksiniz”. İndiki mərhələdə sizin bizimlə əlaqədar apardığınız müzakirə başqa cür ola bilər. Amma bizim resursumuz və qərarlılığımız sizin tutduğunuz kursu dəyişəcək”.
ABŞ-ın sanksiya siyasətinə rəhbərlik edən Dövlət Departamentinin məmuru Devid Tessler Brüsseldə bir sıra rəsmi nümayəndələr ilə görüş keçirib. Onların içərisində Avropa Birliyi diplomatik xidmətinin anoloji sanksiya siyasəti istiqamətinə başçılıq edən Devid Gir də var. ABŞ nümayəndəsi Rusiya kiber təhlükəsinə qarşı birgə hərəkətə keçmək üçün Brüsselə təzyiq göstərməyə və həmçinin də bu istiqamətdəki siyasəti koordinasiya etməyə çalışacaq.
D.Tessler “Böyük yeddilik” ölkələrini qlobal Maqnitski qanununa uyğun olaraq qəbul edilmiş sanksiyalara qoşmalıdır. Bundan başqa Tessler səylərini gələn ay Kanadada təşkil ediləcək növbəti sammit öncəsi digər mexanizmlərin tətbiqi məsələlərinə də yönəltməlidir.
8 may tarixində ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktubda bəyan edilir ki, qlobal Maqnitski qanunu çərçivəsindəki sanksiya proqramı Amerikanın xarici siyasətinin mərkəzi instrumenti olub. Bu proqram korrupsiyaya və insan haqlarının pozulmasına qarşı mübarizəyə doğru yönəlib.
Məktubda deyilir ki, ABŞ “Böyük yeddilik” üzvlərini aktiv şəkildə həmin qanunun qəbul olunmasına təhrik edir. Kanada və Böyük Britaniya həmin aktın variantlarını qəbul edən “G7” üzvləridir. Amma Avropanın aparıcə ölkələri olan Fransa, Almaniya və İtaliya bu istiqamətdə heç bir addım atmayıblar. Digər tərəfdən, Litva və Estoniya bu məsələdə ABŞ hakimiyyətinin tövsiyələri əsasında hərəkət ediblər.
Rusiya artıq çoxdandır ki, Avropa Birliyinin 28 üzvü arasında fikir ayrılığı predmetidir. İtaliya, Yunanıstan və Kipr kimi ölkələrin Moskvanın 2014-cü ildə Krımın ilhaqı ilə əlaqədar əks tədbirlərin görülməsinə arzusuz yanaşmalarına baxmayaraq, AB ölkələri atacaqları addımları razılaşdıra bildilər. O vaxtdan indiyədək avropalılar ABŞ-ın sürətli fəaliyyətlərinə ayaq uydurmaqda çətinlik çəkirlər.
2015-ci ildə İranla bağlanmış nüvə sazişindən Trampın çıxması və həmçinin də Ağ Ev administrasiyasının Tehrana qarşı barışmaz mövqe tutması ilə əlaqədar olaraq Vaşinqton aradakı gərginliyi sakitləşdirməyə çalışdıqca Avropa Birliyi ilə ABŞ arasındakı bu parçalanma daha da artır.
Diplomatlar bildiriblər ki, yeni formalaşacaq İtaliya hökumətinin tərkibinə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına tənqidi yanaşan “Şimal Liqası” partiyasının da nümayəndələri daxil olublar. Bu da Avropa səviyyəsində daha sərt tədbirlərin görüləcəyi ehtimalını bir qədər də azaldır. Məsələ ilə əlaqədar ABŞ diplomatlarından biri deyib: ”Bu, ikitərəfli əsasda həyata keçirilməlidir. Avropa Birliyi səviyyəsində əlavə tədbirlərin görülməsi üçün lobbi işinin perspektivlərini görmək çətindir. Çox güman ki, lobbi fəaliyyətləri yalnız heç olmazsa indiki sanksiyaların saxlanılması üçün yararlı ola bilər”.
Son həftə Rusiyanın dövlət tərəfindən nəzarət edildiyi ingilis dilində çıxan “Sputnik” xəbər lenti sonuncu sanksiyaların alman biznesinə necə neqativ təsir göstərdiyi barəsində bir sıra material dərc edib. Belə ki, Almaniya keçən aya kimi özünün alüminiuma olan ehtiyacının beşdə ikisini Rusiyadan ödəyirdi. İndi Almaniya almüminiumu daha baha qiymətə ABŞ-dan almağa məcburdur.
Fransa prezidenti Emmanuel Makron Rusiyadakı diplomatik missiyasını davam etdirir. Sankt-Peterburqdakı beynəlxalq forum Rusiyanın Ümumdünya Davos Forumuna vermiş olduğu cavab kimi dəyərləndirilməlidir.
(Financial Times-Böyük Britaniya)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam