Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xızıda üç villalı başçı və milyonçu deputat Zeynəb Xanlarovaya qarşı –Reportaj

  
Yenixeber.org:  Xızıya keçəl dağların yanından keçərək çatırıq. Bakıdan 1 saatlıq uzaqda yerləşir. Yəni, ucqar dağ bölgəsi deyil.
Amma ucqar sərhəd kəndlərində olmayan problemlər, özbaşınalıqlar bu rayonda var. O problemlər Xəzər Aslanovun Xızıya icra başçısı təyin olunandan sonra dərinləşib.
  Aptek yenə yox, su yenə yox…
Sakinlər deyirlər ki, prezidentin rayona səfəri olmasaydı, icra hakimiyyəti əlini ağdan qaraya vurmayacaqdı.
Onların sözlərinə görə, mayın 4-də dövlət başçısı Xızıya gəldiyi üçün qabaqcadan ara yolları başdansovdu olsa da, asfaltlayıblar.
Rayonun ərazisində isə axır ki, yanacaqdoldurma məntəqəsi açılıb. Xızıda nə “zapravka”, nə aptek var idi.
İndi YDM problemi həllini tapsa da, rayonda hələ də aptek yoxdur. Sakinlər dərman almaq üçün Sumqayıta gedirlər.
 
Xızıda su problemi həmişə olur. Yaxşı ki, bulaqda su gəlir. Bu yerin camaatı təbiətin hesabına yaşayır. Doğrudur, yeni su xətti çəkilib, amma evlərə paylanmayıb.
2012-ci ildə Xızının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün təməlqoyma mərasimi keçirilmişdi.
”Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri və rayonun icra başçısı iştirak etmişdilər.
Deyilmişdi ki, Xızı 2014-cü ildə içməli su ilə tam təmin olunacaq. Amma üzərindən 4 il keçib və hələ də tam məsələ həll olunmayıb.
Başçının, AzTV sədrinin və daha kimlərin villaları…
Xızının səfalı Altıağac, Fındığan kimi yerləri məmurların cəngindədir. Hələ bir neçə il qabaq deputat, xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə haraya çağırdı, prezidentə üz tutdu. Dedi, ay bala, Xızı xızılıların əlindən çıxıb e. Gəlin görün qoruğu neyləyiblər.
Bu parkda boş yer qalmayıb, torpaqları məmurlar zəbt edib. Gedin, əgər içəri buraxsalar görərsiz ki, nə qədər villalar tikiblər.
Hamısı da Xəzər Aslanovun imzası ilə həyata keçirilir. Başçı sərəncam verir, həm pul qazanır, həm də məmurlara torpaqları paylayır.
Xızıda AzTV sədri Arif Alışanovdan tutmuş prokurorlara, məhkəmə sədrlərinə, ayrı-ayrı nazirlərə qədər məmurların villaları baş qaldırır.
Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib.
X.Aslanovun özünün təkcə 3 villası var. YAP-ın qurucularından olan Maksim Musayev deyirdi ki, Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir:
“İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda.
Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan”
.

Xızının deputatının şıdırğı biznesi
Xızının deputatı isə Hacı Salayevdir. Rayon camaatı ilə 5 ildə 5 dəfə görüşməyən mandat sahibinin başı biznesinə qarışıb.
Deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i təşkil edir.
 Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var.
İndiyə qədər nə jurnalistlərə açıqlama verib, nə seçiciləri ilə görüşüb, nə də parlamentdə səsi gəlib. Bir sözlə, nə deputat, nə icra hakimindən yarayan Xızı camaatı Allahın ümidinə qalıb… Yunis/AzEuroNews.com/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam