Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MÜHARİBƏ RİTORİKASI VƏ ÇƏKİNDİRMƏ SİYASƏTİ:üfüqdə yeni İsrail-Livan savaşının kabusu görünür

Amos Harel

“Haaretz” (İsrail)

 

İsrail rəsmiləri İranın Livandakı təhlükəli planları ilə bağlı bütün siqnal zənglərini səsləndiriblər, amma onların bəyanatları müharibə çağırışlarına ziddir. Əksinə, rəsmilər müharibə təhlükəsinin qarşısını almaq istəyir.

Yenixeber.org: Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Aviqdor Liberman və İsrail Müdafiə Qüvvələri (İsrail ordusu – tərc.) Baş Qərargahının rəisi Qadi Ayzenkotun səsləndirdiyi xəbərdarlıq regionda qulaqları olan bütün tərəflər üçün nəzərdə tutulub – Beyrut və Tehran, üstəlik, Moskva.

İsrail sonuncu dəfə, 2017-ci ilin sentyabrında belə xəbərdarlığı verdikdə, görünür, mesaj açıqca qəbul edilmişdi. İran və “Hizbullah” layihəni dayandırmışdı. Tehranın Suriyadakı hərəkətləri səbəbindən bu səylər son günlərdə yenidən davam etdirilir. Rusiya da bunu müşahidə edir və Tehran bu qənaətdədir ki, İsrail Livanda onun qarşısını kəsə bilməyəcək.

İsrailin şifahi hücumu ordu sözçüsü Briqin dərc etdirdiyi məqalə ilə başlayıb. General Ronen Manelis da ərəb dilli saytlarda sözünü deyib. Netanyahu, Liberman və Ayzenkot ard-arda 72 saat ərzində hədə-qorxu gəliblər.

Baş nazirin Moskvada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə İranın bölgəyə cəlb edilməsi və xüsusilə silah anbarları qurma səyləri müzakirə mövzusu olub.

Ancaq İsrailin ictimai diplomatiyası orta statistik oxucuya və ya tamaşaçıya nisbətən daha az hesablanıb və koordinasiya olunub.

 

İranlı siyasətçi İbrahim Rəisi Livana səfəri zamanı İsraillə sərhəddəki hərbi mövqelərə baş çəkib

 

Manelis məqaləsini dərc etmək üçün təxminən iki həftə uyğun bir platforma axtarıb. Yalnız bir neçə ərəb saytı onu dərc etməyə razılıq verib. “Hizbullah” isə iddiaları inkar edib və əks-iddialarla cavab verib.

Təhlükəsizlik məsələlərində Netanyahu risklərə son dərəcə meyllidir. 1996-cı ilin sentyabrında Qərb Divarı Tunelində baş verən iğtişaşlar zamanı baş nazir kimi “özünü yandırandan” bəri ən kiçik risklərdən yayınıb. Bunu etdikdə isə (2012 və 2014-cü illərin məhdud hərbi münaqişələri) daxili təhlükəsizlik problemi və siyasi təhdidlə üzləşib. Lakin Livanda İran və “Hizbullah”la mübarizə daha çox riskə gətirib çıxaracaq. Bu, 2006-cı ildə baş verən İkinci Livan müharibəsindən bəri tərəflər arasında inkişaf edən qarşılıqlı çəkinməni izah edir və elə bu çəkinmə şimalda (İsrail-Livan sərhədində – tərc.) qeyri-adi dərəcədə uzun müddətli sakitliyin səbəbidir.

Netanyahu “quzğun ifadələri”nə tez-tez aludə olur, sui-qəsd nəzəriyyəsi ilə böyük müharibəni necə başlamağı planlaşdırdığını dilə gətirir. Lakin bu iddialar internetin zirzəmilərindən hərəkət edəndə, redaksiya məqalələrinə çevriləndə, daha inandırıcı dəlillər lazım olur. İndiyə qədər onlar tapılmayıb. Üstəlik, Ayzenkotun son bir ildə bu niyyətlə çalışdığını görmək çətindir.

İsrail hazırda daha aqressiv ton qəbul edib və artıq (ərəb və digər xarici KİV-lərin məlumatına əsasən) Suriyada çoxsaylı hava hücumları şəklində sözlərinin əmələ çevrildiyini isbat edir. Ancaq indi şimalda müharibə daha gerçək görünür.

“Hizbullah”ın raket sarıdan korluğu yoxdur. İsrail kəşfiyyatının qiymətləndirmələrinə əsasən, 2006-cı il müharibəsindən sonrakı illərdə, onun sursatı təxminən on dəfə artıb. Yüzlərlə raket Təl-Əvivi, hətta cənubundakı Eylatı vura bilər (Müqayisə üçün, son müharibənin əvvəlində “Hizbullah”ın raketləri Hadera qədərki hədəfləri vura bilirdi).

Ancaq həqiqətən İsrailin narahatlığını yaradan dəyişiklik – “Hizbullah” raketlərinin həssaslığının artmasıdır. İranlılar istehsal xətlərini Livanda “Hizbullah”ın anbarlarına yaxın qurarsa, bu dəqiqlik qat-qat artacaq və İsrail heç müharibəni başlamadan pərişan ola bilər. Buna görə də, israilli səlahiyyətlilər həmin problemlə məşğul olmaqda qərarlıdırlar. Hərçənd son dövrdə gizli əməliyyatlar və kinetik güc istifadəsindən (raket və bomba zərbəsi) başqa seçim yoxdur.

Hesabatları əsasən, rəsmi Təl-Əviv bu barədə Rusiyadan kömək gözləyir. İsrailin istəyinə uyğun olaraq, ötən yay iranpərəst şiə milislərin cilovunu sərhəddən uzaq çəkmək üçün Rusiya Cənubi Suriyada hərbisizləşdirilən zonaların yaradılmasından imtina edib. Lakin bu dəfə çəkindirmə səbəbi başqa bir qüvvə ola bilər.

Livanda may ayına parlament seçkiləri planlaşdırılır və “Hizbullah” başçısı Həsən Nəsrullah, ehtimal ki, siyasi manevrlərə görə müharibə istəmir.

Həm də ötən Livan ordusu İsrailin Metula yaxınlığında, İsrail-Livan sərhədində qoruyucu divar qurma işlərinin bərpası ilə əlaqədar UNIFIL vasitəsilə etiraz bildirib. Livanlıların fikrincə, divarın marşrutu sərhədin altı yerində doğru deyil və plan üzrə üçtərəfli danışıqlar keçirilməlidir. Ancaq bəzi mətbuat orqanlarında bu mövzudakı hesabatlar Livanın narahatlığının müharibə təhdidləri ilə müşayiət edilmədiyini vurğulayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam