RUSİYANI ZƏFƏRDƏN ZƏFƏRƏ APARAN USTAD-STRATEQ–Liberal müxalifət Qərbi saxta, şişirdilmiş obraz yaratmaqda ittiham edir - ARAŞDIRMA
Endryu Hiqqins
“New York Times” (ABŞ)
Yenixeber.org: Bir neçə ay ərzində prezident Vladimir Putin ötənilki Amerika seçkilərinə Rusiyanın müdaxiləsi ittihamlarını rədd edərək, onları isteriya ilə dolu saxta xəbər olaraq qiymətləndirib. Daha təəccüblü budur ki, ABŞ-a demokratik dəyərlər və söz azadlığı nümunəsi kimi baxmaq istəyən Putinin ən böyük düşmənləri, xüsusilə qərbyönlü liberallar da indi Moskvanın ABŞ-ın daxili işlərinə müdaxiləsi xoruna qarşı çıxırlar.
"Yetər!" – deyən müxalifətçi lider Aleksey Navalnının anti-korrupsiya kampaniyası qərargahının rəhbəri Leonid Volkov “Facebook”da yazıb. "Rusiyanın müdaxiləsi ilə əlaqədar istintaqla nə baş verir?! Bu sadəcə rüsvayçılıq deyil, ağılın kollektiv itirilməsidir".
Cənab Putinin tənqidçiləri Amerikanın Rusiyaya qarşı ittihamlarını sayıqlama sayır, dövlət nəzarətində olan Rusiya mediası da yorulmadan eyni sözləri təkrarlayır. Televiziyada, qəzetlərdə və veb saytlarda cənab Putin – iqtisadi, hərbi və demoqrafik cəhətdən zəifləmiş Birləşmiş Ştatlarla müqayisədə, – Rusiyanı dünya səhnəsində zəfərdən zəfərə aparan ustad-strateq kimi təsvir olunur.
"Kreml, əlbəttə, bütün bu rus müdaxiləsi hekayətindən çox qürur duyur. Guya KQB-nin rəqəmli texnologiyadan başı çıxmayan, amma güclü uşaqları Ceyms Bondu üstələyə biliblər, – deyə cənab Volkov bildirib. – Bu görüntü ürəyimizcə deyil. Çünki Putini geosiyasi dahi səviyyəsinə yüksəldir".
Volkov və başqaları deyirlər ki, Rusiyanın ötənilki prezident seçkisi kampaniyasına az da olsa müdaxilə etdiyinə şübhə etmirlər. Ancaq onlar ABŞ-ın cənab Putinin təsirini ardıcıl şəkildə şişirtməsindən şikayətlənirlər. Çünki bu, öz hökuməti həqiqətən, daha effektli olması təəssüratı yaradır.
Nəticədə deyirlər ki, amerikalılar ABŞ-ın dərin siyasi anlaşmazlıqlarını izah etmək üçün Rusiyanı qurbanlıq keçi kimi istifadə edir. Bu da ona gətirib çıxarıb ki, uzun müddət Amerikaya öz idealı kimi baxan bir çox qərbmeylli ruslar kədərlə qeyd edirlər ki, Birləşmiş Ştatlar öz ölkələrinin daha az cazibədar xüsusiyyətlərini hazırda təqlid edirlər.
Prezident Trampın seçki zəfəri arxasında gizli rus əli ovu liberal fikirli rus jurnalistlər arasında xüsusilə narahatlığa səbəb olub.
Kremlin tənqid edən jurnalist, “Respublika” xəbər saytından olan Oleq Kaşin ötən həftə yazıb: "Putinin Qərbdə,i lk növbədə son 18 ayda ABŞ KİV-lərində yaradılan obrazı hətta Rusiyadakı Putin əleyhdarı olan oxucuları diksindirir".
Sankt-Peterburqdakı liberal düşüncə beşiyinin – Avropa Universitetinin tarix professoru İvan Kurilla yeni kitabında yazır: "Amerikalı liberalların Trampdan çox məyusdurlar, halbuki o, əsl Amerika məhsuludur. Onu Rusiyanın yaratdığı bir şey kimi təsvir etməyə çalışırlar. Bu, əsla Rusiyanın yox, Amerikanın təqsiridir".
Həm cənab Volkov, həm də cənab Kurilla bildirir ki, Amerika kəşfiyyat orqanları əllərindən gələni etdilər ki, Kremlin Amerika seçkilərinə müdaxiləsini inkar etməsi və eyni zamanda, konkret dəlillərin gizlədilməsi çox asan olsun.
"Bu, Kremlə çox kömək edir. O, Putinin dünyada ən ağıllı və ən güclü adam, geosiyasət dühası kimi gücünü təbliğ edir, – deyə cənab Volkov bildirib. – Bu, bizi çox ağrıdır, axı buna heç bir dəlil yoxdur. Bu həm də Rusiyanın təbliğatına kömək edir, çünki Kreml Rusiyaya qarşı həmişə qəsd olduğunu söyləyir".
Rusiyalı ssenarist, yazar və sabiq jurnal redaktoru Mixail İdov deyir ki, cənab Putinin “hack”, saxta xəbərlər və digər vasitələrlə dünyanın ən qüdrətli demokratik dövlətində çaşqınlıq yaratmaq və ya maneə törətmək iddiası Rusiya prezidentinin məğlubedilməzliyi düşüncəsini yaradır. Cənab İdovun fikrincə, "Qərbin sanksiyaları və Rusiyanın geriliyi ucbatından Moskvada babat pendir tapa bilmədikdə, qlobal uğura sahib Putinin bu imicini qəbul etmək çətindir”.
Bir neçə müstəqil Rusiyanın KİV-i, o cümlədən “RBK” Rusiyanın müdaxilə hekayətinə dair hesabat hazırlayıb. Bu hesabatda Sankt-Peterburqda yerləşən ödənişli onlayn təbliğatçıların – troll fabrikinin Birləşmiş Ştatlarına internet saytlarında saxta profillər vasitəsilə qaradərili amerikalıları təmsil etməklə küçə etirazlarını təhrik etməyə çalışdıqları iddia olunur.
Ancaq müstəqil rus mətbuatındakı xəbərlər bu kimi pozucu səylərin əsas qurbanlarının amerikalı seçicilər deyil, rus vergi ödəyiciləri olduğunu göstərir.
"Söhbət Amerika seçkilərindən getdikdə, şübhə və dəlil arasındakı fərq silinir", –rusiyalı veteran-jurnalist Mariya Lipman bildirib.