Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yavər Camalovun qardaşı sələmə pul verirmiş: "Yavan çörək versin"

 

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib.

Yenixeber.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanən sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən S.Nəbiyev növbəti dəfə əlavə ifadə verib.

Məhkəmədən əvvəl vəkillər araslnda mübahisə yaranıb. Hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edərək prosesdə səs-küy salmamalarını tələb edib.

Samir Nəiyev ifafəsində deyib ki, nazir qardaşı Əlikram Camalovla mağazada tanış olub:

"Mənim daimi müştərim olub. Özü deyirdi ki, mən filankəslərə pul vermişəm. Mən də pul istədim. O da qazanc məqsədi ilə 18 min manat aldım. Dedim ki, hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm".

Təqsirləndirilən deyib ki, devalvasiyadan sonra nazir qardaşı onu ofisə çağırıb və pulunu tam istəyib:

"Dedim imkanım yoxdu. Əlikram müəllim dedi manatı dollara çevirirəm, məcbur olub razılaşdım. Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür, razılaşmadı, dedi pulumu nağd ver. Sonra mən mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər".

Təqdurləndirilən şəxs deyib ki, Camalovun dediyi borcu ödəməyə razıdır: "Bu söhbətlərdən bir müddət sonra atam rəhmətə getdi, yas verirdim, Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim. Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma ödəyə bilmirəm. Borcumu qəbul edirəm, işlə təmin etsin, ödəyim. Yavan çörək versin, qapısında işləyim".

Hakim məhkəmə istintaqının tamamlandığı elan edilib.

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

İlkin Muradov,
Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam