Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Novruzəli Orucov, çətin durumda:fəaliyyəti yoxlanılır

 

Novruzəli Orucov, çətin durumda:

 

Yenixeber.org: Məlum olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov işdən qovuldu və o, özü də etiraf etdi ki, oğlunun zibilinə düşüb. Onun sözlərinə görə, əvvəl bir dəfə Prezident onu bağışlasa da, bu dəfə onu bağışlamaq mümkün olmadı... Bu arada"Təzadlar"a daxil olan məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə srağagün keçirilən müşavirədən sonra Novruzəli Orucovun fəaliyyətinin yoxlanılması barədə Baş Prokurora göstəriş verilib. Həmçinin onun bütün obyektləri və mülklərinin uçota alınması, üzərinə həbs qoyulması tapşırığı da verilib...

Bugün yenixeber.org-a daxil olan məlumata görə daha da ciddi problemlə qarşılaşdığının fərqində olan sabiq rəis müavini narahatlığını gizlədə bilmir. Yüksək hakim dairələrdəki dostlarından yardım istəmək məqsədi ilə bulunduğu çabaların da müsbət nəticə verəcəyi gözlənilmir: fəaliyyəti dövründə özü ilə bağlı formalaşdırdığı imic və sonda biabırçılıqla “vurulması” səbəbindən.

İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam