Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu təlimlərin keçirilməsi müharibəyə hazırlıqdır” -Politoloqdan şərh

 

"Ordumuz torpaqlarımızı düşməndən azad etmək üçün həmişə hazır olmalıdır"

 

Yenixeber.org:  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bu təlimləri Modern.az-a şərh edib.

“Bu təlimlərin keçirilməsi müharibəyə hazırlıqdır” -

Deputat bildirib ki, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından geriyə çəkilmək istəmirsə, biz ordumuzu çox yüksək səviyyədə saxlamalıyıq. 

“Bunun üçün də vaxtaşırı olaraq təlimlər keçirilməlidir. Ordu kazarmada oturmaq üçün deyil. Ordu təlimlər və vuruşmaq üçündür”.

Rasim Musabəyov deyib ki, biz müharibə şəraitində yaşayırıq və bunun üçün də təlimlərin keçirilməsi vacibdir.

“Keçən il də bu təlimlər miqyası eyni idi. Bu ilki təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Bu təlimlərin keçirilməsi müharibəyə hazırlıqdır. Biz həmişə demişik ki, torpaqlarımız sülh yolu ilə azad olunmasa ordumuzun gücü vasitəsilə torpaqlarımızı geri qaytaracağıq. Ordumuz torpaqlarımızı düşməndən azad etmək üçün həmişə hazır olmalıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam