Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

İRAN VƏ RUSİYANIN BAŞ TUTMAYAN STRATEJİ TƏRƏFDAŞLIĞI –“Tehran hər dəfə yeni maddələr əlavə edir...”

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər. Amma vədlər özünü doğrutmadı. Son açıqlamalar isə sazişin gələn ilin yanvarında imzalanacağı barədədir.

Yenixeber.org: Politoloq Elxan Şahinoğlu bildirir ki, sazişin İran Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin yanvar ayında Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır. “Ancaq yenə də tam əminlik yoxdur”, - o əlavə edir.

Ekspert bir neçə səbəb göstərir: “Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft və qaz ölkəsi olan İranda işıqlar keçirilir, evlərin və müəssisələrin qaz təminatında uzun fasilələr yaranır”.

Bu arada Rusiya Baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar. Bəs niyə haqqında çox danışılan strateji sazişi imzalamaq çətindir və tarix hər dəfə təxirə salınır? Axı söhbət həqiqətən iki strateji tərəfdaşdan gedir.

E.Şahinoğlu vurğulayır ki. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşiblər: “Bu iki ölkə İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq ediblər. Rusiya və İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, daha sonra Tatarıstanda birgə müəssisə işə düşüb”.

                    Belə olan halda strateji sazişin imzalanmasına nə mane olur?

Politoloq xatırladır ki, Moskva ilə Tehran arasında hazırkı əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Onun sözlərinə görə, bu qarşılıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir və hər 5 ildən bir uzadılır: “Moskva və Tehran bir müddət sonra qərara gəliblər ki, bu müqavilə hazırkı geosiyasi tələblərə və dərinləşən əməkdaşlığa cavab vermir. Hər iki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq strateji saziş üzərində çalışmaları sürətləndiriblər. Sazişin imzalanmasının ləngiməsi İran tərəfinin sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir. Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfdən araşdırılması və qəbul olunması zaman tələb edir. İran tərəfinin irəli sürdüyü bəndlərin nədən ibarə olduğu barədə məlumat yoxdur. Görünür, Tehran sonadək Moskvaya etibar etmir, düşünürlər ki, bir gün Rusiya - Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Ona görə Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın”.

E.Şahinoğlu qeyd edir ki, saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni realıqlardan üstün olmayacaq. “Həqiqətən Rusiya və İranın maraqları bir gün kəsişə də bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalar. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İranın və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur”, - təhlilçi qeyd edib.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam