Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Ağsu RPŞ-nin rəis müavininə 4000 manatlıq rüşvət iddiası -PREZİDENTƏ MÜRACİƏT

Ağsuda yas keçirənlər məsuliyyətə cəlb edildiYenixeber.org:  Redaksiyamıza Ağsu rayonunun Ərəbuşağı kənd sakini, təqaüddə olan müəllim Məhəmməd Dadaşovun başda cənab prezident İlham Əliyev olmaqla bir neçə yüksək instansiyaya ünvanladığı müraciəti daxil olub. Müəllif müraciətində oğlunun Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyev tərəfindən şərlənməsini və 4000 manat rüşvət alınmasını iddia edir. 

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

Mən, Ağsu rayonun Ərəbuşağı kəndin orta məktəbində təqaüdə çıxanadək müəllim işləmiş və gənc nəslin təlim tərbiyəsilə məşğul olmuşam. Elə evdəki övladlarımı da düzgün tərbiyələndirmişəm.

Çox təəssüflər olsun ki, oğlum Ceyhun 2022-ci ilin yanvarında "Yelo Bank"dan  30000 manat evini girov qoyaraq kredit götürmüşdür. Ki, təsərrüfat qurub ailəsini dolandırsın. Bundan bir neçə ay sonra xəbər tutan Ağsu rayon Polis Şöbəsinin “Qəmlosu” hesab olunan rəis müavini Vüsal oğlumu şərləyib onun kredit götürdüyü pulu ələ keçirmək istəyir. Plan qurulur və 2022-ci ilin  iyulun 14-də saat 18-də Ceyhunun tanımadığı tel. nömrəsindən ( 051 422 89 73) onun 051 337 30 10 nömrəsinə bir qadın əvvəlcə cazibədar şəkil atır. Guya başqa bir qızla yazışırmış və soruşur: Bunu bəyənirsən? Oğlum cavab verib ki, səhv düşmüsünüz. xanım. Qız qeyd edib ki, mən Kürdəmir rayonun Yenikəndində gözəllk salonu işlədirəm. Gəl sabah Ağsu aşrımında çay içək. Oğlum razılaşıb ki, bu adamla görüşüb kimdn onun telefonunu əldə etdiyni öyənsin. İyulun 15-də  saat 13-də adını bimədiyi həmin qız (Sonradan öyrənib ki, Osmanova İlahədir) Ağsu şəhərnə gəlib mənim TUKSON makalı, 06 BD 922 nömrəli avtomobiimin arxa oturacağına əyləşib. Onlar 8-10 dəqiqədən sonra Ağsu aşırımı 4-cü dolayına çatanda  yolda dayanmış VAZ 2107 markalı, yaşıl rəngdə, 06  -- 909 nömrəsi olan şəxsi avtomobildən düşən iki nəfər Ağsu PŞ-nin polis çavuşları dərhal Ceyhunun  avomobilini saxlayıb "Ağsu Polis Şöbəsinə getməlisən" deyiblər. 10 dəqiqə sonra Polis PPX maşını gəlib və Ceyhunu Ağsu PŞ-nə aparıblar. Oğlumu əvvəlcə  rəis müavini Vüsalın otağına gətiriblər.Qızı isə buraxdılar ki, evinə getsin. Vüsal əvvəlcə oğlumu o ki, var təhqir edib. Sonra deyib di ki, "yaxşı düşmüsən əlimə, tapşırmşdım amma gətirmirdilər yanıma". Sonra Vüsal "uçastkovu"ya  tapşırıb  ki, bunu sənədləşdirin, sutka verin salın reşotkaya. Onu reşotkaya salıblar. Səbəb də guya mən qızla harasa gedirəmmiş. Vüsal oğlumu hədələyib ki, qızın ailəsini üzünə durquzacağam. Səni el içində biabır edəcəyəm. TV-ni dəvət edəcəyəm və s. Hədə qorxular. Və qarşıığında təkif edib ki, 10 min manat ver, çıx get. Oğlum da deyib ki, axı bankdan götürdüyüm pulun hamısını xərcləmişəm, yoxumdur.  Nəhayət Vüsal 5000 manat tələb edib. Və dedi ki, bu 5000 manatdan 1 qəpik keçsəm özünə (arvad-qızına) layiq küçə söyüşü qoyub. Və dərhal da Post patrul əməkdaşı olan Anar yanına gəlib təklif edib ki, 5000 manatın yoxdursa biz faizlə təşkil edə bilərik. Narahat olma. Yəni, rəis müavinin, DYP rəisinin, Post patrul Anarın və Kürdəmirdən təşkil etdikləri İlahə Osmanova adlı küçə qadını hamısı əlbir olub düşüblər Ağsuda kimin bir balaca əlində pul varsa şərləmə qurub əlindən almaqla məşğul olyurlar. Həmin günü 2 saatdan sonra yaxın qohumumuz  gəlib evdə dedi ki, Ceyhunu polisdə saxlayıblar bəs 5000 manat istəyirlər. Mən də qara günüm üçün illər uzunu yığıb saxladığım 4000 manat pulu gətirirb Vüsala otağında vermişəm. Bundan sonra oğlumdan izahat almadan avtomobilinə hansısa cərimə protokoluna imza atmaqla 51 manat cərimə yazıb buraxıblar. Ağsu PŞ-nin rəis müavini Vüsal hansısa oğlumun tanımadığı və  özünün öyrətdiy qıza görə oğlumu şərləyb hədə-qorxu gəlməklə aldığı 4000 manat rüşvətin qaytarılmasına görə Ceyhun 30 iyul 2022-ci ildə yuxarı orqanlara çoxsaylı şikaytlər yazmışdı.

Yuxarıdan olan göstərişlərdən sonra araşdırmalar başlandı. Bir tərəfdən Ağsu rayonun dünya çempionu Fərid Mansurovun prokuror qardaşı məni dəvət edib təzyiqlər göstərdi polisdən şikayət etdiyimə görə, digər tərəfdən Ağsu rayon DYP-nın rəisi olan polis Bəxtiyar oğlumu yanına dəvət edib bildirib ki, əgər şikayət yazmayıb yanıma gəlsəydin pulunu hissə hissə geri qaytarardıq. Bundan soruşan gərək ki, sən nə düşmüsən ortalığa? Dəflərlə Vüsalın qəbuluna düşüb, pulunu geri istəmək istəyib amma Vüsal onu qəbul etməyib. Biz onları da sonradan eşitdik ki, Ağsu PŞ-nin rəis müavini Vüsal təkcə oğluma qarşı özünün üzdəniraq dəstəsilə oğlum Ceyhuna qarşı şərləmə kampaniyası ilə 4000 manatını almayıb. Eləcə də Ağsu Rayon Mərkəzi Xəstəxanasının ekspertiza həkimi olan Zahidi də eyni qayda həmin Kürdəmirli İlahə Osmanova ilə şərləyərək 7000 manat pulunu aldığına görə ( və digər imkanlı şəxsləri) Zahid ona qarşı təşkil olunmuş bu polis dəstəsinin dələduzluğundan yuxarı orqanlara şikayətlər etmişdir. Budur, Zahidin iddiası üzrə məsələ araşdırmalardan sonra hüquqi qiymət verilməsi üçün Ağsu Rayon Məhkəməsinin icraatına verilmişdir. Oğlum Ceyhun da bir şahid kimi məhkəməyə dəvət edilmişdir. Eləcə də qonşu kənddə şəhid ailəsi ocaq yandırdığına görə yenə Vüsalın dəstəsi gedib oğlanı ekologiyaya zityan vurduğöuna görə 1000 manat cərimə adı altında pulunu almışdır. Digər ağsulu öz erkək davarını yük maşını ilə Ağsu şəhərinə gətirib qəssaba təhvil verdiyinə görə də iki qardaşı şərləyib 10000 manat pullarını almışlar. Belə misalları çox çəkmək olar. İndi Ağsu PŞ-nin əvvəlki rəisi Qəbələyə rəis təyin olunub. Vay Qəbələ camaatının halına ki, bir neçə gündən sonra rəis Vüsalı Qəbələ rayon Polis Şöbəsinə işlərini” davam etdirmək üçün özünə müavin aparmağa hazırlaşır. Bu günə kimi oğlum Ceyhunu aldada aldada saxlayıblar ki. Bir də şikayət etmə, yoxsa Vüsal sənin qanını içər. Ona görə də mən xalq müəllimi və bir ata olaraq şikayət edirəm ki, uzun illərdir ki, qəpik qəpik yığdığım 4000 manat pulu polis rəisinin müavini dərhal gətirib qaytarsın. Mən bir neçə gün əvvəl bu adamın qəbuluna düşdüm. Çox əsəbiləşmişdim ki, niyə oğlumun pulunu qaytarmırsınız. Yenə dedi ki, ağsaqqal narahat olma hissə-hissə qaytarılar. Və qabağıma çay qoyub başımı aldatmaq istədi. Mən əlimlə onun qoyduğu stəkan çayı vurb dağıtdım. Və otağı tərk etdim.

Cənab Prezident Ağsu PŞ-nin rəis müavini Vüsal mənim oğlum kimi indiyədək rayonda çox adamara tələ qurub və özünə 150000 manatlıq Rang Rover avtomobili alıb. Başqa çoxsaylı ənmlklarını demirəm.  Hesab edirəm ki, Vüsal kimi belə polis zabitləri Sizin uğurlu siyasətinizə kölgə salır. Xalqımızın Sizə inamına Vüsal kimilər kölgə salırlar. Ona görə də rayonumuzun  saknləri pois özbaşnalığına görə dövlətə inanmırlar. Xahiş edirəm nazir Vilayət Eyvazova göstəriş verəsiniz ki, beləsinin son illərdəki, fəaliyytinin yoxlanmasna (Eləcə də səs yazılarının yoxlanmasına) göstəriş verəsiniz.

                           ***

Yazıda yer alan iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a bildirildi ki, "Ağsu rayonunun Ərəbuşağı kənd sakini Ceyhun Dadaşov ötən il iyul ayının 15-də ictimai yerdə ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb, törətdiyi inzibati xəta C. Dadaşova izah olunub. Rayon polis şöbəsinə dəvət edilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi  ilə protokol tərtib edilib.
Ceyhun Dadaşovun ona qarşı polis əməkdaşı tərəfindən qanunsuz tələblər irəli sürülməsi ilə bağlı rayon prokurorluğuna da etdiyi müraciət əsasında araşdırma aparılıb, lakin fakt təsdiqini tapmayıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam