Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan kəşfiyyatının rəhbəri niyə dəyişdirildi? -ARAŞDIRMA

 

 Paşinyan: “Kimlərsə ön xətdə əsgərləri inandırmağa çalışıb ki, Nikol torpaqları satıb və müqavimətin mənası yoxdur”

Yenixeber.org: Azərbaycan Ordusunun cəbhədə irəliləməsi Ermənistan daxili siyasətinə təsirsiz qalmır. Bu gün Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyanı vəzifədən azad edib. Onun yerinə müavini, polkovnik Mikael Ambarsumyan direktor səlahiyyətlərinin icraçısı təyin olunub. Gənc A.Karamyan bu il mayın 5-də MTX rəhbəri təyin olunmuşdu.

Kadr dəyişikliyinin səbəbi açıqlanmayıb. Lakin baş nazir Nikol Paşinyanın bu gün səhər saatlarında “Facebook”da yazdıqları səbəbləri anlamağa imkan verir. Paşinyan yazıb: 

“Br neçə gün öncə siqnal daxil oldu ki, bir qrup şəxs ön xətdə əsgərləri inandırmağa çalışıb ki, Nikol torpaqları satıb, bu, razılaşdırılmış müharibədir, sizləri ət maşınına atıb, məhv edəcəklər ki, anlaşmanı gizlətsinlər, ona görə də müqavimətin mənası yoxdur. Bəzi məlumatlara görə, hərbçiləri inandıraraq, hətta məcbur edərək bəzi mövqeləri düşmənə təhvil verməyə vadar ediblər”.

Paşinyan onun göstərişi ilə araşdırma başlandığını və nəticədə İrəvanda bir Xankəndi sakininin həbs olunduğunu söyləyib: 

“Cinayət işi açılıb, onun nəticəsində aydınlaşdırılacaq ki, bu şayiələr haradan və kimlər tərəfindən dövriyyəyə buraxılır. Bu barədə məlumatlara malik olan soydaşlarımızı Milli Təhlükəsizlik Xidmətinə müraciət etməyə çağırıram. Aramızda satqınlara yer olmamalıdır, qəhrəman generallarımızın, zabit və əsgərlərimizin kürəyi bu cür ünsürlərdən təmizlənməlidir”. 

Ehtimal etmək olar ki, MTX rəhbərliyindəki dəyişikliklə Paşinyanın dediyi məsələ arasında əlaqə var. Güman ki, Paşinyan Karamyanı cəbhədəki xəyanətdən vaxtında xəbər tutmadığı və ya qarşısını ala bilmədiyi üçün vəzifədən uzaqlaşdırıb. 

Belə görünür ki, Ermənistan qaynamağa davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam