Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Belarus -Azərbaycana neft alışı üçün müraciət edib

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı üçün təklif göndərib.

Yenixeber.org: Bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra bildirib.

“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”.

Onun sözlərinə görə, Azərbaycan, Ukrayna, Polşa, Qazaxıstan və Baltikyanı ölkələrə təkliflər göndərilib: “Biz indi bu məsələ ilə məşğuluq”,- o əlavə edib.

D. Krutoy həmçinin bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam