Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İpoteka krediti almaq istəyənlərin nəzərinə

 

Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması məqsədilə informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması üçün ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

 

"Xeberinfo.com":  Məlumata görə, AİF "Elektron İpoteka Sistemi"nin (EİS) tətbiqini uğurla başa catdırıb və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilib. Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - müvəkkil kredit təşkilatlarına (MKT), sığorta və qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

 

Bununla yanaşı, 2 fevral 2015-ci il tarixdən etibarən EİS sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə onlayn rejimində portalın veb-səhifəsinə (www.e-ipoteka.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir.

 

Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra yekun olaraq müraciətini təsdiqləməlidir.

 

İpoteka kreditləri üzrə müraciətlərin onlayn rejimində aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına, eləcə də Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək. 

AzNews.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam