Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Ölkəmizdə telefon monopoliyası

 

Azərbaycanda kommersiya və ticarət sahəsindəki “qəribəliklər” tükənmək bilmir. Onların arasında qiymətlərin müxtəlif satıcılar tərəfindən eyni gündə, eyni məbləğdə artırılması ilə yanaşı, əslində fərqli və fərdi olmalı, ani ucuzlaşmalar da var.

"Xeberinfo.com":  Məlumata görə, belə ucuzlaşmalar şübhəli təsir bağışlaya bilər. Məsələn, mobil telefon satışlarındakı vəziyyət təki. Bakının məşhur telefon satışı şirkətlərində, sanki, razılaşdırılmış, “ani” ucuzlaşmalar müşahidə olunur. 

Məlumata görə, Milli.Az bu vəziyyəti araşdırıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, telefon bazarında qiymətlərdəki "qəribəlik", əslində, qeyri-sağlam rəqabətin göstəricisidir. Çünki telefon monopoliyası var və qiymətlərin eyni olması da bundan xəbər verir. Ölkəyə telefon gətirən distribüterlər bir və ya iki nəfərdir. Bu hal hətta telefon satanların özlərinə də problem yaradır. Həmin telefon monopolistləri keyfiyyətsiz telefon gətirirlər, hətta onların servis xidmətləri də keyfiyyətli deyil.
Birlik sədrinin sözlərinə görə, belə halların qarşısını almaq üçün hökümətin anti-inhisar siyasəti effektli olmalıdır: "Artıq 6 ildir ölkədə anti-inhisar məcəlləsi qəbul olunmur. Qanun qəbul olunmalı və tətbiq olunmalıdır. Bu işə nəzarət edən dövlət orqanları da vəziyyəti dəyişməlidir. Dünyanın bir sıra ölkələrində bir şəhərdən digərinə gedəndə benzin qiyməti fərqli görmüşəm. Amma bizdə belə hala rast gəlmək qeyri-mümkündür".
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, müqayisə aparmaq üçün hər hansı əmtəənin buraxılma ili, hansı ölkədə istehsal olunması, eyni parametrlərə, marka və modelə aid olması vacib amildir. Nazirlik rəsmisinin sözlərinə görə, ümumilikdə isə telefon bazarı sərbəstdir. Fiziki və hüquqi şəxslər tərəfindən telefon bazarına müxtəiif telefonlar fərqli qiymətə istehlakçılara təklif olunur. Ancaq telefonların eyni qiymətə satılması və ucuzlaşması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində hər hansı məlumat yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam