Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyük İpək Yolunun tarixini araşdırmaq üçün - elmi mərkəz yaradılacaq

Böyük İpək Yolunun tarixini, mədəniyyətini araşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində elmi mərkəzin yaradılması nəzərdə tutulur.

Yenixeber.org: Bunu AMEA prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

A.Əlizadə tarixi Çin mənbələrində qədim türk xalqlarına dair mühüm materialların hər iki ölkənin alimləri tərəfindən araşdırılaraq beynəlxalq arenada daha geniş təbliğinə ehtiyac olduğunu vurğulayıb.

AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında 2016-cı ildə əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik sözügedən sənəddən irəli gələrək birgə tədqiqatları genişləndirməyin vacibliyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin tarixi İpək Yolunun bərpasında aktiv iştirak etdiyini deyən AMEA prezidenti tezliklə alimlərimizin bu məsələyə öz əməli töhfəsini verəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam