Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Neftlə bağlı ilginc proqnoz

 

İri investisiya banklarının analitiklərinin fikrincə, 2015-ci il neft bazarındakı qeyri-stabilliklə müşayiət olunacaq. Bu da neftin barrelinin maksimal və minimal qiymət fərqinin 80 dollara qədər artması ilə nəticələnə bilər.
"Xeberinfo.com": Analitiklər qiymətlərdəki qeyri-sabitliyin son illər stabil və baha qiymətlərə alışmış neft bazarının gələcəkdə uzunmüddətli xüsusiyyətinə çevrilə biləcəyi fikrindədirlər.
Merril Lynch bankının analitik qeydlərində OPEC-in neft qiymətlərini tənzimləməkdən imtina etməsi səbəbindən gələcəkdə “qara qızılın” minimum və maksimim qiymətləri arasındakı 50 dollarlıq fərqin adi hal olacağı qeyd edilir.
Neftin barrelinin orta qiymətinin 70 dollar təşkil edəcəyini və bəzi hallarda 53 dollara qədər enə biləcəyini proqnozlaşdıran Morgan Stanley bankı OPEC-in qiymətin 30 dollara düşəcəyi təqdirdə vəziyyətə müdaxilə edəcəyini gözləyir.
Nyu-York əmtəə birjasında WTI markalı neftin barreli 0,99 dollar (1,6 faiz) ucuzlaşaraq 59,95 dollara qədər enib. Londonun kontinentlər arası birjasında isə sessiyanın sonunda Brent markalı neftin barrelinin qiyməti 0,43 dollar bahalaşaraq 64,67 dollar olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam