Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan 2 dövlətə verdiyi borcdan 69 milyon manat alacaq

Bu, 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 0,9% çoxdur

Yenixeber.org: 2019-cu ildə Azərbaycan Serbiyaya verilmiş kredit üzrə 66 mln. 860 min manat, Gürcüstana verilmiş kredit üzrə isə 2 mln. 288 min manat əldə edəcək. Bu barədə Hesablama Palatası məlumat verib.

“2019-cu ilin dövlət büdcəsində Serbiya və Gürcüstana verilmiş kreditlər üzrə daxilolmalar 69 mln. 148 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 0,9% çoxdur. Serbiyadan daxilolmalar 66 mln. 860 min manat, Gürcüstandan daxilolmalar 2 mln. 288 min manat məbləğində proqnozlaşdırılır", - deyə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir.

Daxilolmaların artması Serbiya və Gürcüstan tərəfindən kredit üzrə ödənişlərin cüzi artımı ilə əlaqədardır.

Xəbər verildiyi kimi, 2 fevral 2012-ci il tarixində Azərbaycan və Serbiya arasında saziş imzalanıb. Həmin sazişə əsasən, Azərbaycan tərəfi Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” Liq-Prelina avtomobil yolunun bir hissəsinin tikintisinə 300 mln. avro həcmində kredit ayırıb. (İnterfaks-Azərbaycan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam