Baş Ələt dəmir yolu stansiyasında yeni yoldəyişən qurğu quraşdırılır
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğu təmir olunur
Yenixeber.org: “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, işləri “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.